Dadlı və faydalı piroq - Resept
Bizi izləyin

Tabloid.az

Dadlı və faydalı piroq - Resept

Tabloid.az bu qış günlərində ağzınızı dadlandıracaq və vitamin ehtiyacınızı ödəyəcək dadlı və faydalı piroqun reseptini təqdim edir:

Tabloid.az bu qış günlərində ağzınızı dadlandıracaq və vitamin ehtiyacınızı ödəyəcək dadlı və faydalı piroqun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

Yumurta - 3-4 ədəd

Un - 3-4 dolu xörək qaşığı

Şəkər - 1/2 stəkan

Soda - 1/2 çay qaşığı

İçlik üçün:

Birinci variant:

0,5 kq alma

darçın 0,5 çay qaşığı

İkinci variant:

Qaysı qurusu 100 qram

Kişmiş 50 qram

Şirəsi üçün:

Xama - 200 qram

Şəkər - 1 xörək qaşığı

Giləmeyvə - mərsin, qaragilə, quşüzümü, qarağat - 2 ovuc, dondurulmuş da olar

Hazırlanma qaydası:

Yumurta ilə şəkərl tozunu yaxşıca çalın.

Almanı yuyun, özəyini çıxardın, nazik doğrayın. Quru meyvələri yuyun, qaysı qurusunu yarı bölün. İstəsəniz qoz əlavə etmək olar.

Yumurta kütləsinə un əlavə edib yenidən çalın. Sodanı əlavə edin. Soba tavasını yağlayın. İçliyi tavaya tökün, bərabərləşdirin.

Onun üzərindən xəmiri tökün, 180-200 dərəcə qızdırılmış sobada bişirin. Piroqu tavada 20-25 bişirin, üzəri qızılı rəngə çalanda üzərinə şirəsini tökün.

Şirəsini hazırlamaq üçün xamanı, şəkər tozunu və giləmeyvələri qarışdırın.

Yenidən piroqu sobaya qoyun və 5-7 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm