Azərbaycanlı müğənni klipdəki sevgilisinə aşiq oldu - Video, Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni klipdəki sevgilisinə aşiq oldu - Video, Fotolar

Müğənni Vüsalə Rəcəbovanın “Sevməyi öyrədim” klipində tərəf müqabili ilə olan sevgisi həyatda alovlanıb.

Müğənni Vüsalə Rəcəbovanın “Sevməyi öyrədim” klipində tərəf müqabili ilə olan sevgisi həyatda alovlanıb. Cütlüyün iki həftə öncə sözügedən klipin təqdimatı zamanı gözdən qaçmayan səmimi münasibətinin arxasında sevgi hisslərinin dayandığı bəlli olub.

Bunu hər iki tərəf tabloid.az-a açıqlamasında xəbəri təsdiqləyib. V.Rəcəbovanın tərəf müqabili Qafur bəy klipdə etdiyi xəyanətin həyatda əsla təkrarlanmayacağını bildirib.

Qafur bəyin sevgisinə qarşılıq göstərən sənətçi xanım da etiraf etdi:

“Təqdimatda mənə sevdiyim ağ güllər gətirdi. Üzərində daşlarla adımın baş hərifi həkk olunmuşdu. O, hisslərini açıqladı. Atdığı hər addımda sevgi var və onunla olan dostluğum artıq sevgiyə çevrildi” – deyən Vüsalə xanım həyatda qısqanc olduğunu gizlətmədi. Klipdə xəyanəti bağışlayan sənətçi həyatda bu addımı ata bilməyəcəyini etiraf etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm