Soyuq qışın ən eleqant palto dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Soyuq qışın ən eleqant palto dəbi - Fotolar

Soyuq qışın ən eleqant palto dəbi

Ağ rəngin əvvəllər ancaq yay geyimlərinə aid olduğu düşünülürdü. Lakin zaman keçdikcə və dəb inkişaf etdikcə onun bir çox qaydaları kimi bu qayda da öz əhəmiyyətini itirir. “Qışda ağ geyinmək olmaz” kimi düşüncələr artıq tapdanan dəb qanunlarına daxil olub.

Qışda ağ geyinməyi artıq qeyri-adi hal kimi qarşılamadığımız üçün bu rəngə ilin istənilən fəslində rast gəlirik. Hətta ağ rəngin 2015-ci ilin qış trendlərindən biri olduğunu desək, yanılmarıq. Moda paytaxtlarında da bu tendensiya özünü açıq şəkildə göstərir. Bir çox moda bloqqerləri də qarderobunda ağ rəngli qış geyimlərinə böyük yer verir.

Ağ rəngin incə və eleqant mövqeyi şübhəsiz, xarici geyimdə də bu qədər çox üstünlük verilməsinə səbəb olur. Dəblə ayaqlaşmağa iddialısınızsa, tez çirklənməsinə baxmayaraq, qarderobunuza bu mövsüm qəşəng ağ palto əlavə edə bilərsiniz.

Tabloid.az xəbər verir ki, bu qış xüsusən də ağ rəngli üst geyimləri aktual olacaq. Zərif çəhrayı rəngli paltoların dəbdə olduğunu yazmışdım. Onlar qədər ağ palto və mantolar da dəb gündəmində özünə yer edib.

Ağ paltolar bu mövsümün ən zərif trendlərindən biridir. Palto trendlərinin ən mühüm detalının daha əvvəl də bəhs etmiş olduğum anvelop bürüncəklər olduğunu qeyd etməliyəm. Ağ rəngli anvelop bürüncəklər geniş yaxalıqları ilə küçə modasını işğal etmiş vəziyyətdədir. Əlavə olaraq ağ plaşlar, Oversized (bol kəsimli) palto, pencək və saxta xəz kimi parçalarda da ağ rəng olduqca ön plandadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm