Dodaqları soyuq havanın mənfi təsirindən bu üsulla qoruyun
Bizi izləyin

Tabloid.az

Dodaqları soyuq havanın mənfi təsirindən bu üsulla qoruyun

Daha gözəl dodaqlar üçün bu məsləhətlərə əməl edin

Soyuq hava dodaqları qurudur və çatladır. Bu problemlə üzləşməmək üçün Tabloid.az-ın təqdim etdiyi bu məsləhətlərə mütləq əməl edin.

Bir az zeytun yağı ilə şəkər tozunu qarışdırıb dodağınıza dairəvi hərəkətlərlə çəkin. Daha sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə bunun tətbiq etsəniz, dodaqlarınız çatlamayacaq.

Üzünüzü yuduğunuz gellərin və ya çəkdiyiniz kremlərin tərkibində salisil turşusu, ya da benzoil peroksit maddəsi varsa bu vasitələrin dodaqlarınıza dəyməməsinə diqqət edin. Əvvəlcədən dodaq balzamı çəksəniz, bu maddələrə qarşı dodaqları qorumuş olarsınız. Əks təqdirdə dodaqlar quruyub çatlayacaq.

Bir ədəd dodaq balzamı ilə kifayətlənməyin. Mütləq hər çantanızda, hər pencəyinizin, paltonuzun çantasında bir ədəd dodaq balzamı olsun.

İstiotlu və duzlu yeməklər dodaqların qurumasına səbəb olur. Xüsusilə də qış aylarında duzdan və ədviyyatdan uzaq dursanız, dodaqlarınızla bağlı heç bir problem yaşamayacaqsınız.

Şal və şərflərinizi bağlayarkən dodaqların üstünü örtməyə diqqət edin. Bu dodaqlarınızın soyuq havadan təsirlənməsinin qarşısını alacaq.

Tərkibində nəmləndirici və SPF olan dodaq boyalarından istifadə edin.

Unutmayın ki, qış aylarında da Günəş öz mənfi təsirini göstərir. Ona görə də SPF tərkibli məhsullardan istifadə etmək sağlamlığınız və gözəlliyiniz üçün çox önəmlidir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm