Ledi Qaqaya meydan oxuyan dəlisov ulduz - Fotolar
Bizi izləyin

Tabloid.az

Ledi Qaqaya meydan oxuyan dəlisov ulduz - Fotolar

Ledi Qaqaya meydan oxuyan gözəlçədən stil dərsləri

Qeyri-adi stilə malik müğənni deyəndə ilk öncə ağlımıza dünya şöhrətli pop ulduz Ledi Qaqa gəlir. Ancaq Ledi kimi bütün dünyada tanınmasa da, ən az onun qədər çılğın olan daha bir müğənni var. Söhbət gənc qızların sevərək dinlədikləri və stilindən ilham aldıqları Nil Karaibrahimgildən gedir. Nil çılğınlıqda Ledi Qaqanı belə kölgədə qoyur. Ancaq onun tərzinin Ledidən fərqi seksuallığı deyil, uşaq fantaziyasını əks etdirən rəngarəng, pozitiv enerji yayan libaslar geyinməsidir.

nil

Əslində hamımız onu illər öncə Tarkanla çəkildiyi reklam roliki ilə tanıdıq. Hamı Nilin bir anda şöhrətə qovuşub, sonra sabun köpüyü kimi ortadan yox olan ulduzlardan biri olacağını gözləyirdi. Amma o, gözəlliyi, gözəl səs tonu, qeyri-adi ifa tərzi, mahnıları və çılğın geyim tərzi ilə şöhrət pilləkənlərini sürətlə qalxmağı və zirvədə qalmağı bacardı.

Bu qadına Türkiyənin ən çılğın müğənnisi deyə bilərik. Xüsusilə səhnə geyimlərində fantaziyasının nə qədər güclü olduğunu görürük.

Olduqca gənc görünsə də, 38 yaşı var və bir uşaq anasıdır. Ancaq rəngarəng, gənc qızlara məxsus stilindən vaz keçməyi düşünmür.

Mən də bu dəfə içindəki enerjini geyimlərinə də əks etdirmək arzusunda olan gənc qızları nəzərə alaraq Tabloid.az-ın “Onların stili” layihəsi çərçivəsində pozitiv enerjisi ilə göz oxşayan Nilin geyim tərzindən yazmağa qərar verdim.

Səhnədə dəlisov qız

Nilin geyim tərzi o qədər qeyri-adidir ki, hər modelyerlə işləyə bilmir. Məhz onun stilinə uyğun, çılğın geyimlər hazırlamağı sevən stilistlərlə işləyir. Səhnə libaslarından bəzilərinin məşhur modelyer Enriko Mehmet Gül hazırlayır.

“Hazırladığım paltarları geyinən qadınların ətrafdakıları təəccübləndirmələri və sanki başqa planetdən gəlmiş bir insan kimi maraqla qarşılanmaları xoşuma gəlir. Elə mənə bu effekti əldə etmək istəyən qadınlar müraciət edirlər” deyən Enrikonun güclü fantaziyası deyəsən Nil Karaibrahimgilin də xoşuna gəlib.

Nil Enrikonun ən çox bu panda detallı libasını bəyənib.

Son illərdə Nilin üzərində gördüyümüz səhnə libasları isə modelyer Tanju Babacanın əl işləridir. Nilin Kuruçeşme Arenadakı konserti zamanı geyindiyi toxunma paltar, “XoXo” jurnalı üçün etdirdiyi fotosessiya zamanı geyindiyi kirpi paltarı və “Yalan Dünya” serialının son seriyasında geyindiyi kombinzon da bu modelyerə məxsusdur.

Nil tüklü, saçaqlı, torlu libaslar geyinməyi çox sevir. Saçları buruq-buruqdur və səhnəyə adətən bu təbii saç formasında çıxır. Ancaq çox vaxt çılğın rəqslərini nümayiş etdirəndə çətinlik çəkməmək üçün saçlarını yığır. Bu zaman müxtəlif toppuz modellərinə üstünlük verir.

Ağır makiyajlar etməyi sevmir. Mavi rəngli gözlərini ön plana çıxaran makiyaja üstünlük verir. Onu səhnədə çılğın geyimlərini tamamlayan qeyri-adi qrimlərlə də görmək mümkündür.

Dəvətlərə səhnədəki qədər qeyri-adi olmasa da, fərqlənən geyimlər seçir. Gecənin ən şıq qadını olmasa da, ən diqqətçəkən qadını olmağı bacarır.

Nə geyinsə, ona yaraşır. Çünki çox gözəldir. Nilin gözəllik sirrinin oksigen çadırı olduğu deyilir. Gözəl ulduz isə təbii məhsullarla qidalandığını, idman etdiyini və özünə yaxşı baxdığını deyir. O, gözəlliyini ruhunun gənc qalması ilə əlaqələndirir.

Nil Karaibrahimgil'in Davası Sonuçlandı

Nilin stili o qədər qarışıqdır ki, bu rəngə üstünlük verir, bu modeli daha çox sevir deyə bilmirəm. Ən yaxşısı onun səhnə geyimlərinə baxıb özünüz nəticə çıxarın.

Gündəlik həyatda Nil bütün ulduzlar kimi rahat olmağa üstünlük verir. Tərzi idman, retro və pank üslubunun harmoniyasını əks etdirir. Əslində onun tərzinə Nil stili deməliyik, çünki nə geyinirsə geyinsin öz üslubuna uyğunlaşdırır. Ağla gəlməyəcək paltar modellərini bir-biri ilə kombin edir. Çox qəribədir ki, başqasında görsək, zövqsüz deyə biləcəyimiz kombinlər onun üzərində çox gözəl qalır. Nil rəngarəngliyi çox sevir. Onu heç vaxt sadə qara və ya ağ libasda görə bilməzsiniz. Mütləq rəngli bir çanta, bir şarf və ya hansısa aksessuarla çılğın ruhundan izləri geyimində əks etdirməlidir.

RIHANNA - İSTANBUL KONSERİ 2010

photo-78

Gündəlik həyatda saçlarını açıq saxlayır və ya dağınıq şəkildə toplayır. Qarderobunda ən çox yeri iri və qeyri-adi çantaları, rəngli üst geyimləri, idman ayaqqabıları tutur. Çox az makiyaj edir. Özünə yaraşan makiyaj stilini tapdığı üçün həmişə qüsursuz görünür.

Nilin bu qədər çılğın və əyləncəli olması heç də sizi yanıltmasın. O, bir çox brendin reklam roliklərinə çəkilir və bu zaman olduqca seksual qadın obrazına bürünür.

Nil Karaibrahimgil Menajeri

Nil 4 aylık hamile

Xüsusilə, “Penti”nin reklam siması olduqda seksuallığı və gözəlliyi ilə göz qamaşdırmağı bacarmışdı.

Müğənni bəzi reklam roliklərində isə ancaq səsi ilə iştirak edir. Bir çox məşhur firmanın reklam siması olaraq Nili seçməsində gözəlliyi qədər həyat yoldaşı Sərdar Erenerin reklam agentliyinin rəhbəri olmasının da rolu var. Bir çox uğurlu reklam kampaniyalarına imza atan Serdar Erener müğənni Sertab Erenerin qardaşıdır və reklamlarda həyat yoldaşı ilə yanaşı bacısının da rol almasına vasitəçilik edir.

Nilin evliliyindən söz açmışkən onun gəlinliyini sizə təqdim etməsəm olmaz. Misirdə başa tutan nikah mərasimində gözəl ulduz ondan gözlənilməyən şəkildə, sadə gəlinlik seçmişdi.

Nil Karaibrahimgil’in Mısır Düğünü

Onun saç düzümü və istifadə etdiyi zərif saç aksessuarı bəyənilsə də, gəlinliyinin modeli bəyənilməmişdi. Çünki gəlinlik Nili olduqca kök göstərirdi. Diqqətçəkən məqam isə Nilin əlində gül dəstəsi əvəzinə güzgünü xatırladan torla və yumşaq ağ tüklərlə bəzədilmiş qəribə aksessuar tutması idi. Dediyimiz kimi bu qız hər yerdə, hər zaman bir detalla da olsa öz fərqliliyini nümayiş etdirməyi bacarır. Hətta o, bu özünəməxsusluğu həyat yoldaşı Serdar Erenerə də aşılayıb. Belə ki, Serdar da toy günü bəy kostyumu əvəzinə misirlilərin milli geyimini seçmişdi.

Nil Karaibrahimgil ana olduqdan sonra daha şıq geyinməyə çalışır. Uşaqlıqdan bir az uzaqlaşıb qadınlığa addım atan ruhuna uyğun geyimlər axtaran Nil son olaraq “Burberry"nin dəfiləsinə geyindiyi trençkotla diqqət çəkmişdi. Çəhrayı rəngli və belində turuncu detalı olan trençkot Nilə həqiqətən çox yaraşıb.

Bir çox stilist tərəfindən məhz bu kombininə görə tərifə layiq görülən Nili tənqid edənlər də az olmamışdı. Gümüşü rəngli ayaqqabılar yerinə trençkotun üzərindəki turuncu rəngə uyğun ayaqqabı seçilməsini məsləhət bilən modasevərlər müğənninin şıq görünmədiyini iddia edirdilər. Yenə də Nilin makiyajı, saç aksessuarı və sırğaları ilə olduqca gözəl göründüyünü heç kim inkar edə bilmədi.

Yeri gəlmişkən onu da qeyd edim ki, Nil Karaibrahimgil boyunbağı, üzük, qolbaq kimi bijüteriyalardan istifadə etsə də, saç aksessuarlarını daha çox sevir. Şapka, bandana, şlyapa da müğənninin çox istifadə etdiyi aksessuarlar arasındadır.

Bu hafta ne var ne yok

Nil Karaibrahimgil Röportajı

Nilin dillərə dastan gözəlliyi maqazin və qadın jurnalalrının da diqqətindən yayınmayıb. Gözəl ulduz bir çox məşhur ulduzun üz qabığına çıxıb. Nilin ən gözəl fotosessiyaları da elə bu jurnallar sayəsində ərsəyə gəlib.

"Vogue"

"Elele"

"Womens Health"

"Elle"

Nil Karaibrahimgil Elle Turkey 4

Nil Karaibrahimgil Elle Turkey 5

Nil Karaibrahimgil Elle Turkey 6

Nil Karaibrahimgil Elle Turkey 7

Nil Karaibrahimgil Elle Turkey 8

Nil Karaibrahimgil Elle Turkey 9

Nil Karaibrahimgil Elle Turkey 10

Nil Karaibrahimgil Elle Turkey 11

Nil Karaibrahimgil Elle Turkey 12

Nil Karaibrahimgil Elle Turkey 13

Nil Karaibrahimgil Elle Turkey 14

Nil Karaibrahimgil Elle Turkey 2

Nil Karaibrahimgil Elle Turkey 3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm