Humay 100 minlik avtomobil eşqinə düşüb - Fotolar
Bizi izləyin

Tabloid.az

Humay 100 minlik avtomobil eşqinə düşüb - Fotolar

Tarzən Humay Qədimova avtomobil arzularından danışıb.

Tarzən Humay Qədimova avtomobil arzularından danışıb.

Tabloid.az xəbər verir ki, hazırda “Prado VX Land Gruzer” idarə edən sənətçi bunu “CL Mercedes”, yaxud “Lexus 570” markası ilə dəyişməyi düşünür. Bu avtomobilin qiyməti 100 min manatdır. Sözügedən avtomobildən müğənni Manaf Ağayevdə də var.

“Bəlkə köhnə avtomobili satıb yenisini kreditlə aldım”, - deyə tarzən bildirib.

Uzun zamandır sükan arxasına keçən müğənninin bu günə kimi 2 avtomobili olub. Humay efirə, tədbirlərə tələsən zaman şəhərin sıx yollarından məharətlə çıxa bildiyini deyib.

“Çalışıram xətalara yol verməyim, amma hərdən yol polisi müəyyən səbəblərdən saxlayır. Bu da qaçılmazdır. Yol gedən zaman zənglər gəlir, əhəmiyyətli zəngləri məcburiyyətdən açmışam. Problem bu zaman yaranıb. Amma səliqəli sürücüyəm, yol hərəkəti qaydalarına riayət edirəm. İldə iki dəfə cərimə olunaram, bu da əsasən sadaladığım səbəbdən olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm