Müğənninin qayınatasından şok açıqlamalar
Bizi izləyin

Tabloid.az

Müğənninin qayınatasından şok açıqlamalar

Demet Akalın hamilədir?

Türkiyəli məşhur müğənni Demet Akalının ikinci dəfə hamilə olduğu iddia edilir. Bu iddialara müğənninin qayınatası Abdi Kurtun açıqlamaları səbəb olub.

“Söyləməsəm olmaz” adlı verilişə qonaq olan Demet Akalın canlı yayımda sürprizlə qarşılaşıb. Belə ki, qayınatası Abdi Kurt zəng edərək Demet haqqında maraqlı açıqlamalar edib:

“Demet gəlinim deyil, qızımdır. Çox yaxşı anadır, nəvəmə yaxşı baxır. Allah hamıya Demet kimi gəlin nəsib etsin. Sənətçi gəlin almaq asan deyil. Biz Demetlə heç vaxt mübahisə etmədik. Nə biz onu kədərləndirəcək bir şey etdik, nə də o, bizi. Çünki Demet sənəti ilə ailə həyatını bir-birinə qarışdırmır. Biz Okan ilə Demeti azad buraxmışıq”.

Abdi Kurt gəlinin ikinci dəfə uşaq gözlədiyini də canlı yayımda etiraf edib: "Demet bizə ötən həftə "İkinci uşağı da düşünürəm dedi". İnşallah ikinci körpə də yaxında gələcək".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm