Super modellər hansı idmanla məşğul olurlar? - Video
Bizi izləyin

Tabloid.az

Super modellər hansı idmanla məşğul olurlar? - Video

Super modellər hansı idmanla məşğul olurlar? - Video

"Viktorias Secret" modeli kimi olmaq üçün onların hansı idman növləri ilə məşğul olduqlarını öyrənin!

Məşhur modellərin bədən quruluşuna biz də sizin kimi heyranıq. Xüsusilə də "Victorias Secret"in modellərinə! Bəs məşhur modellər bədənlərini necə qoruyurlar? Qısa zamanda formaya girmək və ən az məşhur modellər qədər parlaq və seksual bədənə qovuşmaq üçün nə etməliyik?

"Viktoria Secret"in modelləri hansı idman növləri ilə məşğul olurlar?

Adriana Limanın boks ehtirasını hamı bilir. Məşhur model doğuşdan sonra artıq çəkidən idman sayəsində xilas olub. Model doğuşdan qısa müddət sonra qovuşduğu ideal bədənini uzun müddətli və ciddi şəkildə idmanla məşğul olmasına borcludur.

Əgər müəyyən bir idmana marağınız yoxdursa, təqdim etdiyimiz kiçik şparqalkalar sayəsində qısa müddətdə super model bədəninə qovuşa bilərsiniz.

Bunun üçün ilk olaraq həftədə 3 dəfə idmanla məşğul olmalısınız. Aşağıdakı məşqləri həftədə 3 dəfə bezmədən, yorulmadan mütəmadi olaraq yerinə yetirsəniz, bədəninizin qısa müddət ərzində incəldiyini müşahidə edəcəksiniz. Ancaq bunu edərkən bir neçə məqama diqqət etməyiniz lazımdır. Hərəkətləri bütün əzələlərin fəaliyyətə gətirdiyinə diqqət edərək tətbiq edin! Bu hərəkətlərə əlavə olaraq 30-40 dəqiqə kardio məşqləri də etsəniz, əla olar.

Qarın əzələlərini hərəkət etdirən məşqlər

Tabloid.az modellərin ən çox etdiyi 2 məşqin izahını təqdim edir:

Ayaqlarınızı çiyinlərinizə daha geniş şəkildə uzadaraq açın. Jim mövqeyi alın və sol dirsəyinizi qaldırıb yalnız tək əlinizlə yerə qoyaraq dayanmağa çalışın. Daha sonra digər əlinizlə jim etməyə cəhd edin. Sonra bu hərəkəti digər əlinizlə təkrar edin. Hər qol üçün 15 dəfə edin.

Ombanı gözəlləşdirən hərəkət

Ayaqlarınızı yenə çiyin bərabərində açın, dizlərinizi bükərək tarazlığı qorumağa çalışın. Daha sonra əlinizi yumruq halında sol ayağın arxasına qoyaraq ağırlığınızı sol ayağınıza verin. Bu zaman sağ ayağınızı düz tutmağa cəhd edin və barmaq uclarını yerə qoymağı unutmayın. Daha sonra sağ ayağınızı mümkün olduğu qədər yuxarıya qaldırın. Növbəti dəfə ayaqları dəyişdirərək bu hərəkəti təkrar edin. Hər ayaq üçün 15 dəfə təkrar edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm