Anormal bədənli insanlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Anormal bədənli insanlar - Fotolar

Anormal bədənli insanlar - Fotolar

1800 və 1900-cı illərdə yaşayan və səhhətində ciddi problemi olan bu 5 insana nə oldu? Bəzi insanlar onlara əcaib deyə bilər, amma onlar fövqəladə vəziyyətdə həyatlarını davam etdirməyə çalışan adi adamlar idi. Tabloid.az anormal bədən quruluşuna sahib olanların fotolarını toplayıb.

Ella Harper kimi də tanınan "Dəvə qız" ayaqları arxaya əyilmiş olaraq anadan olub.

Elle 1870 və 1921-ci illər arasında yaşayıb. Elle həyatı boyu bir həftədə 200 dollar qazandığı sirkdə çalışıb.

Fannie Mills kimi də tanınan "Nəhəng ayaqlı qız”

"Anormal" Vücutlu İnsanlar!

Fannie ayaqları anormal böyüməyə səbəb olan milroy xəstəliyindən əziyyət çəkirdi.

Maurice Tillet 1903-1954-cü illərdə yaşayıb. Rusiyada anadan olan fransız peşəkar güləşçidir. "The French Angel" (Fransız mələk) kimi də tanınır. Tillet 1940-cı illərdə keçirilən müsabiqələrdə ən çox izlənilən güləşçi idi və 2 dəfə Amerika Güləş Birliyi tərəfindən təşkil olunan yarışda “Dünya ağır skelet çempionu” titulunu qazanır.

Körpəlikdən mələyi xatırladan üzə sahib olduğu üçün "Mələk" ləqəbi ilə tanınır. 1917-ci ildə Tillet və anası Rusiyadan Fransaya köçür və Reyms şəhərinə yerləşirlər. Tillet 17 yaşına çatanda ayaqları, əlləri və beyni inanılmaz dərəcədə böyüməyə başlayır. Başında və özündə akromeqaliya -beyin bazasında yerləşən hipofiz vəzinin ön ləçəyindən (adenohipofiz) çox miqdarda böyümə hormonu (growth hormon, GH) ifraz etdiyi üçün yaranan xəstəlik diaqnozu qoyulur.

Hüquq oxumaq istəmişdi, amma xəstəliyi buna mane olur. Tillet Fransız Dəniz Qüvvələrinə 5 il ərzində mühəndis olaraq xidmət edir.

Frank Lentini kimi də tanınan "Böyük Lentini"-nin üç ayağı vardı. Sirk tamaşalarında iştirak edərək pul qazanırdı.

Jan Libbera - "İki gövdəli adam” kimi də tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm