Əli Mirəliyev: “Tolikə ayıb olsun”
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyev: “Tolikə ayıb olsun”

Bir neçə gün öncə prodüser Tolik şəxsi “İnstaqram” səhifəsində müğənni Əli Mirəliyevi kloun adlandırıb. O, Mirəliyevin piano arxasında Nadir Qafarzadənin “Maral” mahnısından ifa etdiyi məsxərə xarakterli videonu paylaşaraq “Allah, deyirəm bu niyə utanmır?

Bir neçə gün öncə prodüser Tolik şəxsi “İnstaqram” səhifəsində müğənni Əli Mirəliyevi kloun adlandırıb. O, Mirəliyevin piano arxasında Nadir Qafarzadənin “Maral” mahnısından ifa etdiyi məsxərə xarakterli videonu paylaşaraq “Allah, deyirəm bu niyə utanmır? Anlamır ki, bunu heç vaxt sənətkar yox, müğənni kimi də saymayacaqlar. Çünki, ortalıqda gəzən bir kloundur. Yaşına baxmır. Elə bilir ki, bu səviyyəli, ağıllı ya da ki, ağsaqqaldır. Allah eləməsin Azərbaycan mədəniyyətində belə ağsaqqal olsun. Vallah, utanıram. Yazığım da gəlir ki, nəvələri ilə oynayan vaxtı millətin qabağında klounluq edir” sözlərini əlavə edib.

Tabloid.az məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənib. Əli Mirəliyev bildirib ki, “Tolikdir də, hərəyə bir söz qoşur. Tolik də öz işi ilə məşğul olsun. Onun işi diski ora bura aparmaqdır. Mən müğənniyəm, müğənni kimi də öləcəyəm. Mən Toliklə işləmirəm. Ona görə də “Pişiyin əli ətə çatmayanda deyir iylənib”. Mən onun atası yaşındayam. Ayıb olsun ona”, - deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm