Yaşlandıqca gözəlləşən dünya ulduzları - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaşlandıqca gözəlləşən dünya ulduzları - Fotolar

Hollivudun ulduz aktrisaları və səhnələrin möhtəşəm simaları illər keçsə də, gözəlliklərindən heç nə itirmirlər. Hətta illər keçdikcə gözəlləşən ulduzlar da var.

Hollivudun ulduz aktrisaları və səhnələrin möhtəşəm simaları illər keçsə də, gözəlliklərindən heç nə itirmirlər. Hətta illər keçdikcə gözəlləşən ulduzlar da var.

Tabloid.az yaşlanmayan məşhurların fotolarını və onlar haqqında qısa məlumatı təqdim edir:

Holli Berri

Holli Berinin soldakı şəkli 2000-ci ildə “Cast Away” (“Yeni həyat”) filminin qalasında çəkilib. Hazırda 47 yaşında olan Holli hələ də 30 yaşında görünür.

Cennifer Lopez

1995-ci ildə “My Family” adlı filmdə kamera qarşısına keçən Cennifer Lopez soldakı şəkli çəkiləndə hələ 24 yaşında idi. Bu günlərdə 45 yaşını qeyd edən Cey-Lo illərə meydan oxuyan gözəlliyi ilə hamını qısqandırır.

Qven Stefani

Qven Stefaninin maraqlı saç modeli və makiyajı ilə diqqət çəkdiyi fotosu 1998-ci ildə “Bay Area” musiqi mükafatları gecəsində çəkilib. Ulduzun hazırda 44 yaşı var. Yaşlanmaq əvəzinə daha da gəncləşir.

Beyons

Sol tərəfdəki fotosunda 18 yaşlı Beyonsu görürük. 33 yaşını qeyd edən Beyons hazırda daha gözəl və cazibədar görünür.

Tom Kruz

Tom Kruzun sol tərəfdəki fotosu 1992-ci ildə qırmızı xalı mərasimlərindən birində çəkilib. Hazırda aktyor 54 yaşındadır və olduqca cavan görünür. İllər onu sadəcə bir az kökəldib, ancaq yaşlandıra bilməyib.

Ancelina Coli

İlk fotoda Ancelina Colini uzun qəhvə rəngli saçları və makyajsız halı ilə görürük. Coli hələ 25 yaşındadır. Hazırda 39 yaşında olan Coli illər keçdikcə gözəlləşir.

Cennifer Eniston

Cennifer Enistonun sol tərəfdəki fotosu əfsanəyə çevrilən serial “Friends”də rol aldığı zaman çəkilib. İndi 44 yaşında olan məşhur aktrisa illər sonra daha da gəncləşmiş şəkildə qarşımıza çıxır.

Qabriel Yunion

Qabriel Unionun bu fotosu 2000-ci ildə 27 yaşında olarkən çəkilib. Bu il 41 yaşını qeyd edən məşhur ulduz yaşlanmamağa and içib.

Lusi Li

Məşhur aktrisa Lusi Linin sol tərəfdəki fotosu çəkiləndə onun hələ 30 yaşı var idi. Gözəl ulduz bu il 45 yaşını qeyd edib. Lusi illər keçdikcə möcüzəvi şəkildə gəncləşir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm