Aşıq Ədalət: “Onda gərək aşıq Əliyə rəqqasə Əli desinlər” – Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Aşıq Ədalət: “Onda gərək aşıq Əliyə rəqqasə Əli desinlər” – Müsahibə, Fotolar

Aşıq Ədalət sənətə verdiyi töhfələrinə, aşıq sənətini yaşatdığına görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü olan aşıq hələ Sovet dövründə “Yeddi oğul istərəm”, “Aşıq Ələşgər”, “Ədalət” və digər filmlərdə rol alıb.

Aşıq Ədalət sənətə verdiyi töhfələrinə, aşıq sənətini yaşatdığına görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü olan aşıq hələ Sovet dövründə “Yeddi oğul istərəm”, “Aşıq Ələşgər”, “Ədalət” və digər filmlərdə rol alıb.

Müasir dövrümüzdə çox az sayda ustad aşıqlarımız var. Onlardan biri, bəlkə də birincisi aşıq Ədalətdir. 1939-cu il təvəllüdlü ustad tabloid.az saytına eksklüziv müsahibə verib.

- Sazınızın neçə yaşı var?

- Hazırda əlimdəki sazımın 40 yaşı var. Ən yaşlı sazımın isə 70 yaşı var.

- İndiki saz ifaçılarından razısınız?

- Aşıq sənəti qədim sənətdir. Tar, qarmon da sazdan götürülüb. Sazı başının üstünə qaldıranlar şou göstərir. Bu, belə olmamalıdır! Aşıq yaxşı oxumalı, savadlı olmalıdır. Mən təklif edirəm ki, belə şou göstərənlərə aşıq deməsinlər, onların adı saz ifaçısıdır.

- Bəş aşıq kimdir? Onun hansı meyarları var?

- Aşıq mənəm, aşıq sənətindən 50 sual ver, cavablandırım.

- Deyəsən, bəyənmədiyiniz aşıqlar çoxdur?

- Çoxunu bəyənirəm. Biri var kürddür. Özünə də mənim adımı qoyub Kürd Ədalət. Mən aşıq Altayı aşıq İlhamı bəyənirəm.

- Aşıq Əlinin adını niyə çəkmədiniz?

- O, cavandır. Oxumağı çox gözəldir. Özünə də demişəm, 2 il mənim tələbəm olsa yaxşı yetişəcək. Amma Əli dövrün ən yaxşı oxuyanlarındandır. Əli yaxşı oğlandır, amma 5 ildən sonra yaxşı sənətkar olacaq. Balı-Şirvan zonasında Əli ən güclü aşıqlardandır.

İndikiərin çoxu saz məktəbinə gedir. Sonra əlinə saz alıb özlərinə aşıq adı qoyurlar. Onlara aşıq demək olmaz!

- Amma aşıq Əlini daha çox rəqsinə görə tanıyırlar.

- O zaman desinlər ki, rəqqasə Əli gəlir. O saza görə ona aşıq deyirlər. Gərək Əli o adı doğrultsun. Amma hələ ki, aşıq Əli aşıq adını doğrultmayıb!

- Bəs aşıq Mübariz haqqında nə deyə bilərsiniz?

- O, aşıq Mübarizin üzünə tüpürmək lazımdır. Elələri aşıq sənətini xar edirlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm