Tabloid.az
Ebru Polat: “Məni aldatsa, onun başını yararam” - Fotolar
Türkiyəli müğənni Ebru Polat açıqlamaları ilə gündəmə gəlib. Qəzetlərdən birinə müsahibə verən gözəl müğənni şəxsi həyatından danışıb. O, sevgilisi ilə necə tanış olduğunu da ilk dəfə açıqlayıb. Tabloid.az müsahibədən ən maraqlı hissələri təqdim edir:
“Evlənməyə hazırlaşırdım, amma valideynlərim “bir-birinizi bir az daha tanıyın”, - dedilər. Biz də gözləməyə qərar verdik. İrfanla bir ildən çoxdur ki, birlikdəyik və çox xoşbəxtik. O, dünyanın ən şirin adamıdır”.
Ebru Polat evlilikdən qorxduğunu deyərək pərəstişkarlarını təəccübləndirib:
“Mən insanlara güvənə bilmirəm, xüsusilə də kişilərə. Çünki öz valideynlərimdən başqa tanıdığım bütün cütlüklər boşanıblar. Xalam, əmim, bibim, qonşularımız, hamısı boşandılar. Bu boşanmaların səbəbi həmişə kişilərin öz həyat yoldaşlarını aldatması olurdu. Mənim də başıma belə bir şeyin gəlməsindən qorxurdum. Bu vaxta kimi mənim dərdimdən ölən, mənimlə evlənmək istəyən, hətta mənim üçün intihar etməyi belə düşünən insanlar olub, amma heç vaxt evlənməyi düşünməmişəm”.
Müğənni sevgilisinin qeyri-adi evlilik təklifindən də danışıb:
“Üzüyü qucağıma ataraq evlilik təklifi etdi. İrfan çox utancaqdır, onun utancaq halları çox xoşuma gəlir”.
Ebru Polat çox qısqanc olduğunu və xəyanəti bağışlaya bilməyəcəyini deyərək gələcək ərinə xəbərdarlıq edib:
“Daha əvvəlki müsahibələrimdə sevgilimin tək gecəlik əlaqə yaşamasına qarşı deyiləm demişdim. Amma indi elə düşünmürəm. Məni aldatsa, onun başını yararam. Arada bunu onun özünə də xatırladıram, deyirəm ki, elə bir şey eləsən, səni çox pis hala salaram. İndi başa düşürəm ki, insan sevəndə qısqanc olurmuş”.
Gənc müğənni müsahibədə ana olmaq arzusundan da bəhs edib. Ebru Polat 5 uşaq istədiyini qeyd edib:
“Beş uşaq istəyirəm. Anam da deyir ki, birinci olandan sonra ardı asandır. Ajda Pekkan belə uşağı olmadığı üçün peşmandır. Ona görə də ana olmağı çox istəyirəm”.
Tabloid.az
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO