Oksana Rəsulova daha ərə getməyəcək
Bizi izləyin

Tabloid.az

Oksana Rəsulova daha ərə getməyəcək

Bu günlərdə Hindistanda keçirilən məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə qalib olan Oksana Rəsulova şəxsi həyatından danışıb.

Bu günlərdə Hindistanda keçirilən məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə qalib olan Oksana Rəsulova şəxsi həyatından danışıb.

Tabloid.az xəbər verir ki, rəqqasə “Star life” verilişinə açıqlamasında deyib ki bir daha ailə qurmayacaq. Repçi Elşad Xose ilə 2012-ci ilin martında ailə quran, daha sonra elə həmin ilin dekabrında boşanan Oksananın gözü deyəsən yaman qorxub.

“Ailə qurmağa “stop” demişəm” – deyən rəqqasə “bir məqsədim var, o da Bollivud. Birinci mərhələni keçmişəm. İkinci mərhələyə hazırlaşıram. Üçüncü mərhələ isə hind filmində çəkilmək istəyimdir”- deyə əlavə edib.

Oksana əcnəbilərlə ailə qurmağa da münasibətini bildirib:

“Azərbaycan oğlanlarına nə olub ki, əcnəbiyə ərə gedim? Başqa ölkədən birinə ərə gedə bilmərəm. Heç azərbaycanlıya da ərə getməyəcəm. Gələcək planlarım ancaq yaradıcılığımla bağlı olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm