Namiqin ad gününü keçirməməsinin səbəbi nədir?
Bizi izləyin

Tabloid.az

Namiqin ad gününü keçirməməsinin səbəbi nədir?

Dünən meyxanaçı Namiq Qaraçuxurlunun doğum günü idi. Lakin Namiq adəti üzrə təmtəraqlı ad günü şənliyi keçirmədi. Meyxanaçı ətrafına nə media əhlini, nə də şou biznesdən olan dostları yığdı.

Dünən meyxanaçı Namiq Qaraçuxurlunun doğum günü idi. Lakin Namiq adəti üzrə təmtəraqlı ad günü şənliyi keçirmədi. Meyxanaçı ətrafına nə media əhlini, nə də şou biznesdən olan dostları yığdı.

Tabloid.az meyxanaçının doğum gününü qeyd etməməsinin səbəbi ilə maraqlanıb. Qaraçuxurlunun prodüseri Rafaelin sözlərinə görə, bu, həm məhərrəmilik ayının olması, həm də Namiqin xalasının bu yaxınlarda dünyasını dəyişməsi ilə əlaqədardır. Heç bir həftə deyil ki, onun xalasının 40 mərasimi başa çatıb. Bu səbəbdən hörmət əlaməti olaraq Namiq təmtəraqlı ad günü şənliyi keçirməyib. Ümümiyyətlə, bu ilki ad günü digər tarixlə də əvəzləməyəcək. O, bir də gələn il doğum gününü qeyd edəcək.


Lakin əldə etdiyimiz məlumata görə, meyxanaçı doğum günündə ən yaxın ətrafını kiçik bir məkanda təmtəraqlı olmasa da, qeyd edib.


Biz də tabloid.az saytı olaraq meyxanaçını təbrik edirik. Qeyd edək ki, Namiq Qaraçuxurlunun 36 yaşı tamam oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm