Tabloid.az
Astroloji proqnoz - 11 noyabr
QOÇ – Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.
BUĞA - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra isə yalnız istirahət və gəzintilərə meyl edin.
ƏKİZLƏR – Hərdəmxəyallığa mübtəla olmaqdansa, hazırkı tərəddüdlü durumdan sizi çıxara biləcək adamların yanında olun. Belə adamlar var. Elə isə hərəkətə keçin. Bu gün pul da gözlənilir.
XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.
ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.
QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.
TƏRƏZİ – Düşünməyin ki, iştirakçısı olduğunuz proseslər neqativliyə gedir, əksinə yaxın vaxtlarda bunun bəhrəsini mütləq görəcəksiniz. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.
OXATAN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.
OĞLAQ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.
SUTÖKƏN – Ağlınız kəsməyən şəxslərlə görüşlərdən yayının, aldana bilərsiniz. Ümumiyyətlə bu gün risklərə getməməli, yalnız sınaqlardan çıxmış dostlarınızla bir yerdə olmalısınız.
BALIQLAR - Məxfi danışıqlar aparmaq, gizli planları tədricən həyata keçirmək üçün səmərəli vaxtdır. Amma gərək bütün bunlar xeyirxah müstəvidə cərəyan etsin. Sənədlərlə bağlı diqqətli olun.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib