Tabloid.az
Qreypfrut haqqında bilinməyənlər
Qreypfrutun faydaları haqqında səhv bilinən o qədər çox məlumat var ki...
İllərdir yağları yandıran xüsusiyyəti təbliğ olunur, artıq çəkidən xilas olmaq üçün qreypfrut şirəsi içmək məsləhət görülür. Hətta bəzilərimiz səhər ac qarnına bir neçə stəkan qreypfrut suyu içirik. Bu isə mədədə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Tabloid.az Türkiyə mətbuatına istinadən diyetoloq Nil Şahin Gürxanın qreypfrutun faydaları haqqında verdiyi açıqlamanı təqdim edir:
Qreypfrut haqqında bilinməyənlər
Qreypfrut yağları yandırmaz, real həyatda heç bir qidanın birbaşa yağ yandırıcı təsiri yoxdur.
Qreypfrutun kalori dəyəri, enerjisi olduqca aşağıdır, su səviyyəsi isə çox yüksəkdir.
Kanserogen nitrozaminlərin yaranmasını əngəlləyir.
Qreypfrutun tərkibində olan zəngin C vitamini immunitet sistemini gücləndirir, dəmirin mənimsənilməsini asanlaşdırır, qan azlığının qarşısını alır.
Yaranın sağalmasını sürətləndirir. Həmçinin xolesterini azaldan təsiri də var.
Qreypfrut həmçinin B1 vitamini baxımından da zəngin mənbədir. Əzələ və sinir sistemində təsirlidir. B1 vitamini əzələləri möhkəmlədir, iştahanı tarazlayır, mədə turşusunu normaya salır, həzmi asanlaşdırır. B1 vitamini qreypfrut tərkibində olan karbohidrat, zülal, yağ metabolizmində rol oynayan enerji mübadiləsini də tənzimləyən bir çox fermentin quruluşunda olur. Xolesterini aşağı salır.
Qreypfruta qırmızı rəngi verən piqment laykopen təbiətdəki ən güclü antioksidantlardan biridir. Laykopen eyni zamanda LDL xolesterin dediyimiz pis xasiyyətli xolesterin nisbətini aşağı salır, ürək-damar xəstəliyi, prostat və döş xərçəngində qoruyucu təsir göstərir.
Qreypfrut həmçinin intensiv və keyfiyyətli lifli qidalardan ibarətdir. Buna görə də tam olaraq qreypfrut yeyildiyi zaman maksimum fayda verir. Qreypfrutda olan liflər su və ionla birlikdə bağırsağın işini istiqamətləndirir. Qreypfrutdakı pektin həmçinin şəkərin sorulmasını gecikdirdiyi üçün şəkər xəstələrində qan şəkərini nizamlayaraq müsbət təsir göstərir. Pektin, xolesterini və öd turşularını ifrazını əngəlləyir, xolesterini azaldır, öd daşının əmələ gəlməsini əngəlləyir.
Qreypfrut qaraciyərdə yağ toplanmasının qarşısını alan inozitlə zəngindir. İnozit saç sağlamlığını da qoruyur. Artıq çəkinin qaraciyəri yağlandırdığını düşünsək, deməli nizamlı qreypfrut istehlakı qaraciyəri qoruyur.
Qreypfrutun tərkibində olan başqa qida elementləri - fol turşusu, pantotonik turşu, E vitamini HDL xolesterini dediyimiz yaxşı xasiyyətli xolesterini yüksəldir.
Hər gün 1 ədəd qreypfrut istehlak edin. Tox qarnına və yeməkdən sonra qreypfrut yesəniz, maksimum fayda əldə etmiş olarsınız. Günorta və ya axşam yeməyində qreypfrutu salatın içinə doğrayıb yeyə, yaxud yeməkdən sonra meyvə kimi də yeyə bilərsiniz.
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?