Mühafizəkar ailənin qızı, Rusiyanın isə ən cazibədar dəb ilahəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mühafizəkar ailənin qızı, Rusiyanın isə ən cazibədar dəb ilahəsi - Fotolar

Miroslava Duma - tanınmış siyasətçi, Rusiya Federasiya Şurasının Üzvü Vasili Dumanın qızı, jurnalist, moda bilicisi, moda şərhçisi, habelə nüfuzlu beynəlxalq buro24/7 internet layihəsinin ideya müəllifi və yaradıcısı kimi tanınır.

Miroslavadan nə desən, gözləmək olar, o, istənilən halda kütləni yeni ideyalarla təəccübləndirməyi bacarır. Onun bəzək-düzək sahəsində böyük təcrübəsi var və demək olar ki, istənilən qız obrazını yarada bilər. Dumanın bəzək əşyaları hər zövqə xitab edir. Bu, parıltılı muncuqlar, yaxud sadəcə rəngarəng saç lentləri ola bilər. Eyni zamanda modapərəst xanım yeni bənzərsiz obrazlar yaratmaqdan qorxmur. Tabloid.az-ın "9 don" layihəsi çərçivəsində bu həftə təkrarolunmaz üslubu ilə seçilən Rusiya modasının dünyaya çatdırmasında əvəzsiz xidmətləri olan 31 yaşı olmasına baxmayaraq, balaca qızcığaza bənzəyən Miroslava Duma haqqında bəhs edəcəyəm.

Tərcümeyi hal

Miroslava Duma - tanınmış siyasətçi, Rusiya Federasiya Şurasının Üzvü Vasili Dumanın qızı, jurnalist, moda bilicisi, moda şərhçisi, habelə nüfuzlu beynəlxalq buro24/7 internet layihəsinin ideya müəllifi və yaradıcısı kimi tanınır.

Tanınmış dəb ikonası Miraslova Duma 1983-ci ilin martın 10-da Moskvada anadan olub. Artıq məktəbdə oxuduğu zaman Miroslava humanitar elmlər sahəsində uğurlar qazanaraq bacarığını göstərirdi, riyaziyyat, fizika və kimya fənlərindən daha çox tarix və ədəbiyyat fənlərindən seçilir, hər zaman əla qiymətlər alırdı. Yuxarı siniflərdə isə qızcığaz dəbə inanılmaz maraq göstərməyə başlayır.

Karyera

2008-ci ildə təhsilini, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ-nin) jurnalistika fakültəsini bitirdikdən sonra Miraslova Duma öz fəaliyyətini “Harpers Bazaar” jurnalında başlayır. O, burada dünyəvi mövzular üzrə köşə yazarı vəzifəsində çalışır, sonradan özəl layihələrin redaktoru olur. Dəb ikonası gözəl, səliqəli şəkildə yazılmış köşə və məqalələrində öz dəsti xətti ilə seçilirdi. O, böyük layihələrin çəkilişləri ilə məşğul olur, eyni zamanda stilist, prodüser və art-direktoru kimi də fəaliyyət göstərirdi. Duma bu jurnalda 2010-cu ilə qədər işləyir. O, Rusiyada iqtisadi böhran başlayanda bu nəşri tərk edir.

Мирослава Дума

3 il sonra 2011-ci ildə Duma “OK” nəşri ilə əməkdaşlığa başlayır, sosial sahədə baş verən hadisələr haqqında, o cümlədən dəb və mədəniyyət bölməsinə məqalələr yazırdı. Bir müddət sonra Miroslava Duma “OK” jurnalının kreativ fashion-redaktoru vəzifəsinə təyin edilir.

Elə həmin ilin iyununda jurnalist xüsusi layihəsini - buro24/7 informasiya portalını açır. Portal incəsənət, gözəllik, kino, musiqi və əlbəttə, moda sənayesində baş verən xəbərləri işıqlandırır. Miroslava portalın baş redaktoru, həm də layihələrin ruhlandırıcı ideya müəllifləri kimi çıxış edir.

Miroslava özü etiraf edir ki, oğlu anadan olandan sonra bu layihəni yaratmaq qərarına gəlib. Çünki işsiz otura bilmirdi, amma oğluna maksimum vaxt ayırmaqla işini davam etdirmək eyni zamanda, evdən işləmək imkanına malik olmaq istəyirdi.

Miroslava Duma “Elle” jurnalına verdiyi müsahibədə söyləmişdi ki, “Nə qədər insanın məni izlədiyini bilirəm, ona görə heç bir sosial şəbəkədə hansısa şəxsi məsələləri və oğlumun fotolarını yerləşdirmirəm. Bu yaşda uşaqlar balaca mələklər və müqəddəs insanlar kimidir, bu yaşda yad adamların enerjilərinə qarşı çox həssas olurlar. Onları qorumaq lazımdır.

Oğlumun hazırda 3 yaşı var, onun ən şirin vaxtlarıdır, o, daim dəyişir və mən bu anların heç birini qaçırmaq istəmirəm. Onun 1 yaşı olanda səfərdə idim, dayəsi zəng edib mənə onun yeni əyləncəli hərəkəti haqqında danışdı. Bu, mənə çox pis təsir etmişdi. Dayədən bundan sonra mənə belə şeylər danışmamasını xahiş etdim. Yeni nələrsə baş versə, qayıdıb özüm öz gözlərimlə görəndə xoşbəxt olacam. Beləcə bunun oğlumun yanında olanda ilk dəfə baş verdiyini düşünəcəm. Bu günə qədər belə yaşayırıq. Yəqin ki, mən maksimalistəm... Buna görə də, hər zaman narahatçılıq keçirirəm”.

Saytın kontentində kübarların xronikaları, moda nümayişlərinin hesabatları və özünəməxsus üslubda geyinmiş insanların fotoları mühüm yer tutur.

O, etiraf edir: “Öz işinin sahibi olmamaq pisdir. Əgər kimsə anadangəlmə hansısa jurnalda art-direktoru işləməyə başlasaydı, onda yəqin ki, heç nə alınmazdı. Əgər insan həyatda qarşısına məqsədlər qoysa, onun bu dünyaya gözəl töhfələr verəcəyindən əmin ola bilərik”.

Dəb ikonası həm də bizneslə məşğuldur. Belə ki, 2013-ci ildən Moskva univermağının digital media-direktoru postunu tutur. Dumanın vəzifələrinə Rusiyanın ən iri mağazalarının internet-istiqamətləri inkişafı üzrə məsələlərin həlli daxildir. Miroslavanın əsas öhdəliklərində internet- mağazaların irəliləyişi, univermağın saytının sosial şəbəkələrdə yayılması və onu populyarlaşdırmaq dayanır.

Xeyriyyəçilik

Hazırda Miroslava Duma Rusiyada moda dünyasının ən parlaq simalarından biridir. O, müasir rus və xarici dizaynerlərin bir çoxu ilə yaxından dostdur. Bundan başqa, Miroslava sosial mövzularla yaxından maraqlanır. Dəb ikonası təkcə kübar təbəqənin moda ehtiyacını ödəyən moda xəbərlərinin yayılması ilə məşğul olmur, Duma həm də öz vaxtının mühüm hissəsini xeyriyyəçiliyə həsr edir. Miroslav Duma xeyriyyəçiliklə məşğuldur və "Sülh Planeti" mədəni-xeyriyyə fondunun təsisçilərindən biridir. O, mədəniyyət və təhsil sahəsində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi vəzifəsini öz üzərinə götürüb. Fondun əsas vəzifəsinə cəmiyyətin mənəvi ölməzliyini, həmçinin ahıl və digər ehtiyacı olanlara yardım, kimsəsiz uşaqların təhsil probleminin həlli və müalicə üçün vəsaitlərin cəlb edilməsi daxildir.

Fond bununla bağlı bir neçə əsas layihələr həyata keçirir. Onlardan biri - "Protect.Me" – kimsəsiz uşaqlara, müalicəyə ehtiyacı olan insanlara yardım etməyə, həmçinin aztəminatlı ailələrdən olan uşaqların müdafiəsinə və dəstəyinə yönəlib. Dizayner Vika Qazinskaya bu layihədə ehtiyacı olan uşaqlar üçün köynəklər hazırlamışdı. “Sağlamlıq” layihəsi isə aztəminatlı ailələrdən olan uşaqlara, kimsəsiz xəstələrə tibbi yardımın göstərilməsinə çalışır. Daha bir layihə isə ahıl insanlar və qocalar üçün binanın tikintisinə yönəlib.

“Açığı, özümdə istedad və üstünlüklərin olduğunu hesab etmirəm, təbliğatım məni çox təəccüblüdür. Mən çox təvazökar insanam və hesab edirəm ki, mənim əsas istedadım yalnız mənim əməksevərliyimdən ibarətdir. Mən günün 24 saatı, həftənin yeddi günü fasiləsiz işləyə bilərəm. Elə buna görə də, layihəmin adı Buro 24/7 adlanır. Və bir də mən ünsiyyət qurduğum və işlədiyim insanlara səmimi hörmət edirəm.

Komplekslərin təsiri barədə tez-tez fikirləşirəm. Lakin komplekslərimin mənim inkişafıma təkan verərək irəli getməyə məcbur etdiyi üçün xoşbəxtəm. Anam mənim komplekslər haqqında bu fikirlərimi oxusa, çox təəccüblənərdi. Çünki o, elə bilir ki, mən çox ideal insanam. Və açığı, kompleks problemi yaşım artdıqca yox olur. Yəqin ki, komplekslərə vaxt sərf etməyə heyfsilənirik.

Həyatda nə isə yaratmaq, yeni və maraqlı insanlarla tanış olmaq, ehtiyacı olanlara kömək etmək, əliboş və bekar gəzmək mənlik deyil, mən özümə bunu rəva görmürəm. Kimin üçünsə xoşbəxtlik bütün gün istirahət etməkdir, mən isə ikinci gün istirahət edəndə təşvişə düşürəm, elə bilirəm nəyisə çatdıra bilməyəcəm. Hər kəsin həyatında öz xoşbəxtliyi və ona nail olma üsulları var. Məsələn, kimsə içməyə ehtiyac duyur...

İçki mənim üçünsə yeganə acı maddədir ki, onu başa düşmürəm. Mən şirniyyat sevənəm. İçmək və çəkmək mənim üçün maraqlı deyil. Amma "Buratino" və ya "Tərxun" - mənim mövzumdur. Mən bütün gecəni oturub deserti nə vaxt gətirəcəklərini gözləyə bilərəm!”.

Şəxsi həyatı

Dumanın şəxsi həyatına gəldikdə isə o, şəxsi həyatını hər kəsə nümayiş etdirməməyə üstünlük verir. Miroslava Duma hələ tələbəlik illərində jurnalist, rusiyalı biznesmen Aleksey Mixeyevlə ailə qurub. 2010-ci ilin oktyabrında cütlüyün oğlu - Georgi dünyaya gəlir.

image

image

image

Miroslava Duma nüfuzlu və tanınmış ailədə dünyaya gəlsə də, həmçinin sərbəstlik tələb edən jurnalistika peşəsinə yiyələnsə də, çox ciddi nəzarət altında tərbiyə alıb. Ona nəinki gecə klublarına, hətta oğlanlarla münasibət qurmağa da qadağalar qoyulurdu. O, bu haqda bunları deyir:

“Hər şeydən əvvəl çox möhkəm, gözəl və mehriban ailədə dünyaya gəldiyimə görə, şükür etməkdən yorulmuram. Onlar həyatda mənə çox şey əldə etməkdə dəstək olublar. Valideynlərimin qarşısında sonsuz dərəcədə məsuliyyətliyəm. Burada əlbəttə ki, xoşbəxt və qayğısız keçən uşaqlıq illərimə minnətdaram. Bu, mənim təməlimdir. Mən sevgi atmosferində böyüdüyüm üçün özünəinam artıb. Amma sonra başa düşməyə başladım ki, məndə nə isə düz deyil... Atam çox sərt insandır. Mən 20 yaşında ailə quranda qohumlarım qadağalardan qaçdığım üçün ərə getdiyimi deyirdilər.

Mənə demək olar ki, heç nəyə icazə verilmirdi. Oğlanlarla ünsiyyət qurmağa, evə gec gəlməyə, təkbaşına başqa ölkəyə səfər etmək olmazdı, ancaq valideynlərimlə gedə bilərdim. 16-17 yaşında olanda mən evdə otururdum, mənim rəfiqələrimin isə həyatı qaynayırdı, onlar gecə klublarını, barları gəzirdi, bütün bunlar məndən yan keçib.

Mənim valideynlərim “Ancaq ərə gedəndən sonra həyat yoldaşınla gecə klublarına gedə bilərsən” deyirdilər. Həyat yoldaşın isə “Mirux, orada maraqlı heç nə yoxdur. Getməyək” söyləyirdi. Beləcə mənim gecə həyatım başlamadan bitdi. İndi mənə belə daha yaxşı olduğunu başa düşürüəm. Bu barədə öz uşaqlarıma da izah etməyə çalışacağam. Tələbə vaxt düşünürdüm ki, buna görə həyatda çox şey itirirəm. Amma çox şükür ki, mənim dostlarım və rəfiqələrim dünən gecə əyləncədə baş verənlərə görə deyil, məni digər keyfiyyətlərimə görə, sevirdilər və yenə də sevirlər. Ən yaxın dostum Fira ilə artıq 18 ildir ki, dostluq edirik, hər halda mən buna layiqəm.

miroslava-duma-foto (13)

Mən yaxşı aşpaz, riyaziyyatçı deyiləm, şeirlər yazmıram, şəkil çəkə bilmirəm. Amma dostluqda və işçi kimi çox yaxşıyam. Yeri gəlmişkən, rəfiqələrim həmişə mənim həyatımda mühüm yer tutublar. Dostlarımı çox sevirdim. Lakin bu hiss heç də hər zaman qarşılıqlı olmayıb, bəziləri mənə xəyanət etdilər... Bu xəyanətlər üzündən heç bir inciklik yoxdur. Heç nəyə baxmayaraq, onlar yaxşı insanlardır. Axı mən onları nə vaxtsa və hansısa keyfiyyətlərinə görə sevmişəm. Eyni zamanda bir neçə misal məni çox təəccübləndirir. Sənin üçün hər şeyi etməyə hazır olduğumu gördüyün halda mənim gözümdən necə pərdə asmaq olar? Buna baxmayaraq, insanlarla ünsiyyətdə çox mədəni davranıram. Hətta məni özündən çıxartmaq üçün nə etmək lazım olduğunu bilmirəm. Əgər sən mənim öz komandam ilə necə işlədiyimi görsəydin, yəqin ki, çox təəccüblənərdim. Elə bilərdin ki, mən yox, onlar mənə rəhbərlik edir”.

Təkrarolunmaz üslubu

Bütün bunların fonunda Miroslava Duma Buro24/7 birliyinin ən yaxşı geyinən nümayəndələrindən biri kimi sevilir.

Miroslava Duma geniş və rəngarəng qarderob sahibidir. Onun qarderobunda bahalı markalarla yanaşı, ucuz brendlərə də rast gəlmək olar. O, həddindən artıq incə bədən quruluşuna malik olduğu üçün geyimlərinin çoxunu öz ölçüsünə uyğunlaşdırır.

“Geyimlərimin 90- faizini yenidən tikirəm. Bu yaxınlarda “Zara”dan özümə narıncı paltar aldım və dəyişdirdim. Məndən bu paltarın “Celine” moda evinin yeni kolleksiyası olduğu soruşdular. Onlar bu paltarın bahalı olmadığına inana bilmədilər. “Topshop” və “H&M” kimi brendləri çox sevirəm. Onlardan əla pambıq köynəklər, paltarlar və cinslər alıram. Bu brendlərin bazarda olmasına sevinirəm. Bəzən bu mağazalarda lüks mallar arasında tapa bilmədiyim, əvvəllər Nyu-York və Londonun vintaj mağazalarının dalanlarından axtardığım dahiyanə paltarlara rast gəlirəm”.

Miroslava etiraf edir ki, yüksək dabanlı ayaqqabı və “Hermes” çantalarının xəstəsidir. Duma Avropanın ən yaxşı dizaynerlərinin son kolleksiyalarından ibarət ən trend paltarlar geyinir. Miroslava Dumanın üslub təkamülünü izləmək çox asandır. Yeniyetmə üslubundan sonra daha zərif və dəqiqləşdirilmiş şıq qadın tərzinə keçib. Belə ki, Duma əvvəllər cırıq cins şalvarlar, printli köynəklər geyinərdi, indi isə çox eleqant, hərdən isə ekstravaqant geyimlər seçir.

“Məni kosmetikasız ən yaxın adamlardan başqa, yəqin ki, heç kim görməyib. Kirpiklərimə tuş çəkmədən evdən çıxmağı özümə rəva görmürəm.

miroslava-duma-foto (2)miroslava-duma-foto (5)

“Valentino” - mənim üçün bir nömrədir. Onlarda gözəl və supertrend geyimlər var. Bu, həm baza, həm də kuturyedə belədir. Sonra mənə Nikola Jeskerin (hazırda “Louis Vuitton” kreativ direktoru) hazırladığı hər şey xoşuma gəlir. Fibi Filo (Cline) və Stella Makkartnini üçüncü yer arasında bölmək olar. Ralf Lorenin estetikasını çox sevirəm. Maykl Korsu da bəyənirəm. “Chanel” brendi isə mənim həyatımda xüsusi yer tutur”.

Duma parlaq parça və fakturaları cəsarətlə birləşdirir və monxrom obrazlarda görünür. O, ən çox bəzəkli, kəmərsiz və dizdən yuxarı yubkalar geyinməyi xoşlayır. Duma pencəkləri, koftanı jaketləri və hətta paltonu kəmərlə tamamlamağı sevir. Yeri gəlmişkən, məhz palto modapərəstin sevimlisidir. Duma onları çiyninə atıb saymazyana daşıyır. Onun daha bir sevimli üslubu 70-cı illərin həndəsi siluetləridir, onları özünəməxsus “oversiz” pencəklərlə və jaketlərlə məharətlə daşıyır. Miroslava Duma üslubunun əsas mövzusu - eklektizm və uyuşmaz vəhdətdir. Məhz bu dəbli eksperimentlər onu dəb ikonası statusu qazanmasına kömək etdi. Bu gün onun cəsarətlə dəb dünyasına diktə edən xanımlarından biri olduğunu iddia edə bilərik.

Dünyanın ən nüfuzlu dəb jurnallarının səhifələrini fəth edən Miroslava Duma incə zövqə sahibdir. O, klassik dəb qaydalarından qaçaraq, aktual obrazlar yaradır.

Bəs Rusiyanın dəb ilahəsinin özəlliyi nədir? O, görünüşündə ən xırda detala qədər hər şeyi düşünür, geyimləri ustalıqla bir-birinə uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə eksperimentlər edir. Bu xanım sanki bizə modanın nə olduğunu və fərqlənməyi izah etmək üçün göndərilib. O, həmişə hər yerdə fərqlənir. Dumanın hər stilini ayrı bir sənət əsər hesab etmək olar. Hətta hamilə olanda da orijinallığını qoruyaraq, tərzinə xələl gətirməməyə çalışıb. O, qüsursuz stili ilə dünyanın diqqətini Rusiya bazarına cəlb etmək təşəbbüsü ilə çıxış edir. Dumanın sevimli dizayneri də öz həmyerlisi Vika Qazinskyadır.

“İnsanlar mənim misilsiz paltarlarıma baxaraq düzgün nəticəyə gəlmirlər. Ümumiyyətlə, geyim nə qədər sərfəli olsa, o qədər yaxşıdır. Çünki indi geyimə çox pul xərcləmək ağıllı hərəkət hesab olunmur. Əslində, bu şeylər bizə tərəfdaşlıq etdiyimiz böyük şirkətlər tərəfindən reklama görə verilir və sonra geri qayıdırlar. Geyindiklərimin səksən faizi mənim deyil! Bu da qərbdə bir çox media adamları tərəfindən qəbul edilmiş təcrübədir. Brendlər başa düşürlər ki, onu mən ya müvəqqəti olaraq başdan-başa tikməliyəm, ya da hansısa çox mühüm bir çıxış yolu varsa, geyimi sadəcə dəyişdirmək lazım olur.

Düzünü etiraf edirəm ki, bəzənməyə pərəstiş edirəm. Mən əvvəllər kişilərə həsəd aparırdım, mənə elə gəlirdi ki, onların üstünlüyü daha çoxdur. Hamiləliyin dördüncü ayında öz uşağımın ilk hərəkətini hiss edəndə anladım ki, qadın olmaq xoşbəxtlikdir. Özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirdim! Başa düşdüm ki, qadınlar kişilərə həsəd aparmalı deyil, tam əksinə. Çünki hamiləlik inanılmaz, kosmik, fövqəladə vəziyyətidir və kişilərin buna dözməsi mümkün deyil. İkinci məqam isə mənim üçün moda ilə bağlıdır.

Bizdə qadın, kişi kostyumu da daxil olmaqla, istənilən üslubda dəstlərin böyük seçim imkanı var. Dikdabanlar nəyə desən dəyər! Bununla oynamaq böyük zövq verir və bəxtimiz gətirib. Bütün bunlar xoşuma gəlirdi, ona görə də imkan yaranan kimi dərhal jurnalda redaktor işləməyə başladım. Nümayişlərə gedirdim və tezliklə başa düşdüm ki, bu, əbədi olmayacaq. Hər yarım ildən bir modanın yeni qəhrəmanlara və trendlərə ehtiyacı var. Eyni zamanda başa düşdüm ki, bizim moda – Rusiya modası buraya daxil ola biləcək və nəhayət ki, biz qərbdə böyük ajiotaj yarada bildik!”

miroslava-duma-foto (6)

miroslava-duma-foto (7)

miroslava-duma-foto (10)

miroslava-duma-foto (11)

Мирослава Дума рост и вес

Мирослава Дума в роли продавца во время одной из благотворительных акций

Мирослава Дума перед показом Roland Mouret (2013 год)

Мирослава Дума перед показом Burberry Prorsum (2013 год)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm