Eminin Ani Lorakla yeni dueti – Audio
Bizi izləyin

Tabloid.az

Eminin Ani Lorakla yeni dueti – Audio

Tanınmış müğənni, bəstəkar Emin Ağalarov “İnstagram” bloqunda Ukraynanın xalq artisti Ani Lorakla duetindən parça təqdim edib.

Tabloid.az xəbər verir ki, “Məni çağır” (“Зови меня”) adlanan mahnını “iTunes”dən yükləmək mümkündür.

Müğənni həmçinin “İnstagram” bloqunda yazıb ki, mahnını dekabrın 4-də Bakıda və elə həmin ayın 10-11-də isə Moskvada keçiriləcək konsertlərdə dinləyə biləcəklər.

Onu da qeyd edək ki, əsl adı Karolina Kuek olan Ani Lorak Ukraynanı “Evrovision-2008”də təmsil edərək yarışmanın ikincisi olub.

Xatırladaq ki, dekabrın 4-də Emin Bakıda “Crystal Hall”da hesabat konserti verəcək. Həmçinin dekabrında 10 və 11-də o, “Crocus City Hall”da da konsert proqramı ilə çıxış edəcək. Müğənni həmin gün verəcəyi konsertində Azərbaycan dilində mahnı oxumağı da düşünür.

Konsertdə Ani Lorakla yanaşı, Stas Piyexa, Qriqori Leps, İrina Dupsova da iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm