İnsanı üz quruluşuna görə tanımaq məharəti - Fotolar
Bizi izləyin

Tabloid.az

İnsanı üz quruluşuna görə tanımaq məharəti - Fotolar

Üz oxuma sənəti çox qədim illərə söykənən əslində fəlsəfi bacarıqdır. Tabloid.az üz quruluşuna görə xarakter analizini təqdim edir:

Üz oxuma sənəti çox qədim illərə söykənən əslində fəlsəfi bacarıqdır. Tabloid.az üz quruluşuna görə xarakter analizini təqdim edir:

Yumru və ya girdə: Su ünsüründən olan bürclərdə daha çox müşahidə edilən girdə üz xətləri həssas şəxsiyyətə işarə edir. Yaxşı valideyn olurlar. Mühafizəkar, sakit şəxsiyyətlərdir. Dostları çoxdur. Ünsiyyət qurmağı sevirlər. Kökəlməyə meylli olurlar. Yemək yeməyi sevirlər. Romantizm və seks onların həyatında çox əhəmiyyətlidir.

Yüz Şeklinize Göre Karakter Analizi

Düzbucaqlı və ya uzunsov: Torpaq ünsüründən olan bürclərdə tez-tez görülür. Həyatlarını sevdiyi insana həsr etməyi və çox işləməyi sevirlər. Praktikdirlər. İstənilən vəziyyətdən çıxış yolu tapırlar, hər halda nə edəcəklərini yaxşı bilirlər. Pəhriz kiçik problemləri ola bilər. Çünki xarici görünüşlərinə çox önəm verirlər. Ani qəzəb partlayışlarından dolayı ətrafdakıları narahat edə bilərlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Kvadrat: Sağlam və fəaldırlar. Od ünsürünün təsiri hiss olunur. Yeməyi sevirlər, amma kalorini çox sürətlə sərf edirlər. Sağlamlıq baxımından dəri problemləri ola bilər. Kəskin və iti zəkaya malikdirlər. Çoxbilmiş şəxsiyyət olduqları üçün bu, bəzən çətin vəziyyətlər yarada bilər. Araşdırmağı, kəşf etməyi sevirlər. Maraqlıdırlar və səyahəti çox sevirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Üçbucaq: Hava ünsürünün skeptisizmi problem yaratsa da, bəzən də həyatı xilas edə bilər. Hər şeydən şübhə etdikləri üçün çox zaman səhv anlayırlar. Çox çalışqan və intizamlı olurlar, eyni zamanda dəyişkəndirlər. Qərarsızdırlar, amma çox xarizmatikdirlər. Təsiredici görünüşləri bir çox qapını asanlıqla aça bilər.

Yüz Şeklinize Göre Karakter Analizi

Saç formasına görə: Qarşınızdakı adamın saçları zəif telli, düz və parlaqdırsa, həssas şəxsiyyəti olduğunu göstərir. İncə düşüncəli, kübar insanlardır. Küsəyən olurlar.

Yüz Şeklinize Göre Karakter Analizi

Qalın saçlar: Qalın qıvrım saçlar güclü şəxsiyyəti göstərir. Tutduğunu qoparan, ehtiraslı, əzmli insanlardır. Lakin çox tez əsəbiləşirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Alın hissəsinə görə analiz:

Geniş alın: Ağlın rəmzidir. Zəkalı insanlardır. Hiyləgər olurlar.

Yüz Şeklinize Göre Karakter Analizi

Dairəvi alın: İdealist və dostcanlıdırlar.

Yüz Şeklinize Göre Karakter Analizi

Dar alın: Danışmazdan əvvəl düşünməyi sevən, ciddi, məsuliyyət sahibi insanlardır.

Yüz Şeklinize Göre Karakter Analizi

Düz alın: Praktik və siyasi fəaliyyəti olan insanlardır. Hər vəziyyətə ayaq uydura bilirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Çox qabarıq alın: Xəyal gücünün çox gərgin olduğunu göstərir.

Yüz Şeklinize Göre Karakter Analizi

Şiş alın: Yüksək zəkalı dahilərdir.

Yüz Şeklinize Göre Karakter Analizi

Göz quruluşuna görə analiz: Göz insanın ən açıq ərazisidir. Bütün duyğular, sıxıntılar, məhəbbət, nifrət gözlərdə gizlənir. Bəzi gözlər soyuq baxır, bəzisinin gözlərinin içi gülür. Gözlərinizin necə olmasından asılı olmayaraq, siz heç vaxt danışan zaman gözlərinizi qaçırmayın, bu zaman qarşı tərəfə həm güvən verərsiniz, həm də qorxduğunuzu göstərər. Danışarkən qarşı tərəfin gözlərinin içinə baxın.

Kiçik batıq gözlər: Sirli, sirr saxlamasını bilən, başa düşülməsi çətin insanlardır. Onlarla ünsiyyət qurmaq üçün uzun müddət çalışmaq lazımdır.

Yüz Şeklinize Göre Karakter Analizi

Böyük göz bəbəkləri: Ağı az olan iri gözlü insanlar öz dünyalarında yaşayırlar. Özləri haqqında danışmazlar və heç təxmin etmədiyiniz sirləri ola bilər. Bacarıqlıdırlar. Ali idealları var.

Yüz Şeklinize Göre Karakter Analizi

Kiçik göz bəbəkləri: Əsəbidirlər, yerlərində durmurlar. Cəsarətə ehtiyacları ola bilər.

Yüz Şeklinize Göre Karakter Analizi

Böyük gözlər: Üzdə böyük gözlər tolerantlığı bildirir, geniş fikirli insanların gözləri adətən böyük olur. Nüfuza və şan-şöhrətə çox tab gətirə bilməzlər. Azadlıqlarına düşkündürlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Göz çuxuru dərin olan gözlər: Ciddi, idealist və yaxşı motivasiya edə bilən insanlardır. Fəlsəfi mövzulara maraq göstərirlər, sənətə meyillidirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Daim gözlərini oynadanlar: Maskalı və əqidəsizdirlər. Daim ətrafa baxırlar. Etibarsız olma ehtimalları çoxdur.

Yüz Şeklinize Göre Karakter Analizi

Burun formasına görə analiz:

Dik iti burun: Maraqlı eyni zamanda zəkalıdır.

Yüz Şeklinize Göre Karakter Analizi

Böyük burun: Yüksək enerji səviyyəsi olan materialist şəxsiyyətin rəmzidir.

Yüz Şeklinize Göre Karakter Analizi

Balaca burun: Utancaqdırlar.

Yüz Şeklinize Göre Karakter Analizi

Nazik burun: Dəyişkən, əhəmiyyətsiz detallara fikir verirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Geniş pərdəli burun: Özünü yaxşı ifadə edə bilir, tez hirslənir.

Yüz Şeklinize Göre Karakter Analizi

Qısa burun: Xoşbəxt və təbiidir.

Yüz Şeklinize Göre Karakter Analizi

Uzun burun: Qürurlu və əsəbidirlər.

Yüz Şeklinize Göre Karakter Analizi

Qısa, dik burun: Dostcanlı, amma dəhşətli vasvası olurlar.

Yüz Şeklinize Göre Karakter Analizi

Dodaq xətlərinin aydınlığı şəxsiyyətin enerjili olmasına işarədir.Gülməyi sevən insanların dodaq kənarlarında incə cizgilər var.

Yüz Şeklinize Göre Karakter Analizi

İti çənə barışmazlığı, inadçılığı, çox qabarıq çənə hökmran şəxsiyyəti, balaca çənə zəifliyi təmsil edir.

Qulaq quruluşuna görə analiz:

Başa yapışıq kimi dayanan yastı qulaqlar: Qənaətcil, planlı olur. İşi şansa buraxmağı sevmirlər.

Çömçə qulaqlar: Yalnız, orijinal olurlar.

Kiçik məməli qulaqlar: Müstəqil, mühafizəkardırlar.

Böyük məməli qulaqlar: Müstəqil, parlaq fikirlidirlər.

Böyük qulaqlar: İntellektual.

Uzun qulaqlar: Cəsur.

Kiçik qulaqlar: İnstinkti çox qüvvətlidir.

Məməsi olmayan qulaqlar: Laqeyd və məsafəli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm