Mobil telefonunuzda yaşayan iyrənc canlılar - Fotolar
Bizi izləyin

Tabloid.az

Mobil telefonunuzda yaşayan iyrənc canlılar - Fotolar

Mobil telefonunuzda yaşayan iyrənc canlılar

Sənət çalışması kimi görünən bu fotolar əslində bir bakteriyaya aiddir. İngiltərədəki Surrey Universitetinin Mikrobiologiya kafedrasının tələbələri cib telefonlarına yaxından baxmağa qərar verincə bakteriyaları daha yaxşı görüblər. Tabloid.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, inanılması çətin olsa da, cib telefonlarında tualet mikroblarından 18 dəfə daha çox bakteriya aşkarlanıb.

Universitetin əməkdaşı həkim Simon Park cib telefonlarının təkcə rabitə vasitəsi olmadığını, bizim şəxsi izimizi də daşıdığını deyir. Dolayısı ilə yediklərimizi və içdiklərimizi də telefonlara müəyyən şəkildə yoluxdururuq. Bu bakteriyaların hamısı iyrənc görünmələrinə baxmayaraq, zərərli deyil. Ancaq "Staphylococcus aureusgibi" kimi təhlükəli bəzi bakteriyalara da telefonlarda rast gəlinə bilər. Bu bakteriya "xəstəxana infeksiyası" adlanır. Ağıllı telefonların klaviatura və bənzəri bir sıra düyməyə malik olması, daha çox bakteriya daşımalarına səbəb olur. Köhnə tip telefonlar bu səbəblə daha az bakteriyalı ola bilər.

Bu bakteriyalardan xilas olmağın yolu varmı? Ən yaxşı üsul telefonları təmiz saxlamaq və mümkün olduğu qədər tez-tez silməkdir.

Cib telefonlarında tualetlərə nisbətən 18 dəfə daha çox bakteriya olduğunu qeyd edən mütəxəssislər yaş dəsmallardan istifadə edilməsini təklif edirlər. Cib telefonlarına bakteriyaya bulamamağın yollarından biri də tualetə gedərkən, telefonu bayırda qoymaqdır.

Bakteriyaların çoxu əldən telefonlara keçdiyi üçün əllərin təmizliyi, telefona başqa şəxslərin toxunmasına yol verməmək də həll yolu ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm