Aygün və Günayın yeni qazanc mənbəyi nədir? - Videolar
Bizi izləyin

Tabloid.az

Aygün və Günayın yeni qazanc mənbəyi nədir? - Videolar

“iTunes”- rəqəmsal musiqi satışı ilə məşğul olan şirkət dünya ulduzlarına milyonlarla dollar qonorar qazandırır. Yəni, bu portal vasitəsilə satılan hər bir mahnı, video, informasiya daşıyıcısı müəlliflərə gəlir gətirir. Burada mahnıları yer alan yerli mü

“iTunes”- rəqəmsal musiqi satışı ilə məşğul olan şirkət dünya ulduzlarına milyonlarla dollar qonorar qazandırır. Yəni, bu portal vasitəsilə satılan hər bir mahnı, video, informasiya daşıyıcısı müəlliflərə gəlir gətirir. Burada mahnıları yer alan yerli müğənnilərindən ilk olaraq Aygün Kazımovanın adını çəkmək olar.

Xalq artistinin Türkiyədə musiqi şirkətləri ilə əməkdaşlıq etməsi onun bir neçə mahnısının, “Coffee from Colombia” adlı albomunun və kliplərinin burada yer alması ilə nəticələnib. Buradan Aygün xanım nə qədər gəlir əldə edib deyə bilmərik, amma açıqlamalarının birində o, yarızarafat, yarıciddi əldə etdiyi gəlirin yarısına bir avtomobil aldığını bildirib.

İndi isə Aygün Kazımovanın ifasında son günlərin hiti olan “Sənə xəstəyəm” mahnısı da iTunes-da yer alıb. Maraq üçün bildirək ki, xalq artisti mahnını sevgi münasibəti yaşadığı iş adamına həsr edib. Sözləri Fərdi Quliyevə, musiqisi Hakan Erola məxsus aid olan mahnını 0,99 ABŞ dollarına əldə etmək olar.

“YouTube”-da yer alan mahnını Tabloid.az Sizə təqdim edir:

Lakin “iTunes”-a təkcə Aygün Kazımovanın deyil, gənc və istedadlı müğənni Günay İbrahimlinin “Sənə bağlanıram” adlı mahnısı da yer alıb. Sözləri Fərdi Quliyevə, musiqisi Tərlan Məmmədhüseyinova məxsus olan mahnını adıçəkilən şəbəkədən 0,99 ABŞ dollarına almaq mümkündür.

Günay isə hazırda həmin mahnıya klip çəkdirmək üçün Dubaya yollanıb. Müğənni 14 noyabr çəkiliş heyəti ilə birlikdə Bakıya dönəcək. Bu Günay İbrahimlinin “iTunes”-da ilk mahnısıdır.

“YouTube”-da yer alan mahnını Tabloid.az Sizə təqdim edir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm