Tabloid.az
İlqarə anasının gənc oğlanla eşq macərasından danışdı – Açıqlama
Müğənni Aygün Kazımovanın gənc oğlanla eşq macərasına qızı İlqarə münasibət bildirib.
Xalq artisti Aygün Kazımovanın adı artıq bir neçə ildir ki, gənc oğlanlarla hallanır. Hətta 7 illik eşq tarixçəsi olan Aygün və Namiq cütlüyündə meyxanaçı səhnəmizin divasından 7 yaş kiçik idi. Son sevgilisi ilə Aygün Kazımova isə rekorda da imza atmağı bacardı. Belə ki, eşq yaşadığı Fikrət adlı gənc xanım Kazımovadan 16 yaş kiçik idi. Əslində belə bir misal da var ki, sevginin nə yaşı, nə cinsi, nə milliyyəti, nə irqi, nə də dini var. Könül sevən göyçək olur. Amma işimiz bunda yox, məhz İlqarədədir.
Tabloid.az Aygün Kazımovanın qızı İlqarə Kazımovanın məhz xalq artistinin gənc oğlanla sevgi xəbərinə münasibətini öyrənib. İlqarə deyib ki, hər kəsin şəxsi həyatı var:
“Mən onun şəxsi həyatına qarışmadığım kimi, o da mənim şəxsi həyatıma qarışmır. Normal qəbul edirəm. Çox qadınlar var ki, gənc oğlanlarla görüşürlər. Amma bunu gizlədirlər. Həm də, yaşın nə fərqi var ki?! Bir də ki, mənim anama baxın. Heç deməzsən ki, 42 yaşı var. 28-30 yaş vermək olur”.
Xatırladaq ki, İlqarə ötən həftə tabloid.az-a eksklüziv müsahibə verib. Müsahibəni oxumaq üçün linkə keçə bilərsiniz: http://tabloid.az/news/12506
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK