Məryəm Süleymanova rəqqasə Fatimə və Oksananın qalibiyyətindən danışdı
Bizi izləyin

Tabloid.az

Məryəm Süleymanova rəqqasə Fatimə və Oksananın qalibiyyətindən danışdı

Tabloid.az əməkdar artistlə maraqlı müsahibəni təqdim edir:

Azərbaycanda rəqs sənətinin ən tanınmış simalarından biri isə Məryəm Süleymanovadır. M.Süleymanova 2010-cu ilin 7 aprelində arxitekror İlkin Zamanovla ailə həyatı qurub. 3 il əvvəl qız anası olan əməkdar artist son illəri demək olar ki, heç bir tədbirdə iştirak etməyib.

Tabloid.az əməkdar artistlə maraqlı müsahibəni təqdim edir:

- Bu yaxınlarda həmkarlarınız Oksana Rəsulova və Fatimə Fətəliyeva Hindistanda rəqs müsabiqələrində qalib gəldilər. Sizin müsabiqələrdə iştirak etmək arzunuz var?

- Mənim belə fikrim yoxdur. Amma qoy onlar iştirak etsinlər niyə də yox?!

- Nə əcəb Siz müsabiqələrdə iştirak etmirsiniz?

- Mən çox müsabiqələrdə iştirak etmişəm. Bu çoxdan olub. Hazırda mən əməkdar artistəm. Mənim yarışmalarda iştirak edən vaxtım deyil. Mən o dönəmi çoxdan uğurla başa vurmuşam.

- Çoxdandır heç bir tədbirdə, müsabiqələrdə görünmürsünüz...

- Bəli, neçə ildir səhnədə yoxam. Qızım dünyaya gəlib. Bütün vaxtımı ona sərf edirəm. Hələ indi-indi səhnəyə çıxmağa başlayıram.

- Ana olandan sonra əvvəlki bədən formasını bərpa etmək çətin olmadı ki?

- Hələ də əvvəlki formaya qayıda bilməmişəm. Hələ 8 kiloqram artıq çəkim var (gülür). Çalışıram əvvəlki formama qayıdım. Qızım dünyaya gəlməzdən əvvəl çəkim 78 idi, indi isə çoxdur (gülür). Boyum 178 santimetrdir. Bilirəm ki, çətin olsa da, formama dönməliyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm