Rəqqasə Fatimə Oksananı geridə qoymaq istəyir?
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə Oksananı geridə qoymaq istəyir?

Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran rəqqasə Fatimə Fətəliyeva yenə səfərə hazırlaşır. Hindistandan sonra rəqqasə Türkiyədə rəqs yarışmasına qatılmağı qarşısına məqsəd qoyub.

Tabloid.az-a açıqlama verən rəqqasə bildirib ki, o, Türkiyədə keçirilən festivalda iştirak edəcək:

“Əksəriyyət bilir ki, bir neçə gün öncə Hindistandan qalibiyyətlə qayıtdım. Bu, həm də Azərbaycanın uğurudur. Amma onu da deyim ki, qalib gəlməyim bir çoxlarını sevindirsə də, uğuruma görə narahat olanlar da oldu. Bu cür hallara artıq alışmışam. Əsası odur ki, mən öz işimdəyəm. Müsabiqədən Azərbaycana qayıdanda isə məni hava limanında dostlarım prodüser Tolik, Rövşən İlknuri, prodüserim Aysel və digər dostlarım qarşıladılar. Çox sağ olsunlar. Artıq növbəti festivala hazırlaşıram. Hindistanda festivalda çıxışımdan sonra noyabrın 14-də Türkiyənin Mersin şəhərində keçirilən festivala dəvət aldım. Bir neçə gün düşündükdən sonra razılıq verdim. Düşünürəm ki, Türkiyədən də Azərbaycana uğurlu nəticə ilə qayıdacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm