Mövsümün uzun və zərif jaket dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün uzun və zərif jaket dəbi - Fotolar

Mövsümün uzun və eleqant jaket dəbi

Trikotajın 2014-2015 payız-qış mövsümünün ən mühüm dəb meyillərindən biri olduğundan daha əvvəl xeyli yazmışdım. Digər tərəfdən yüksəlişinə davam edən bohem geyim tərzinin təsiri bu qış qarderobumuza ciddi təsir edəcək. Tabloid.az qarderobunuza əlavə edə biləcəyiniz uzun jaketlərə bohem tərzi yaradan gözəl alternativlər təqdim edir: İstər incə və yüngül materialdan, istərsə də palto qədər qalın variantlarından ala bilərsiniz. İstənilən halda qış tərzinizə gözəllik qatacaq bu parçalar mövsümün sevimli geyimlərindəm biridir.

Mənim fikrimcə, hər qarderobda olması lazım olan uzun jaketlər bohem zərifliyini qışa daşıyır. Uzun jaketləri dar geyimlərlə kombinasiya etmək sizi qüsursuz zərifliklə təmin edir. Uzun jaketlər lasina ilə, yaxud dar cins və ya dəri şalvarlarla çox yaraşır. Bundan başqa, boyu jaketdən daha qısa olan qələm ətək və donlar, yaxud çoxqatlı geyim stilləri üçün yaradılmış modeldir. Həftə sonu rahatlıq verəcək uzun jaketləri "boyfriend" cinslər və uzun çəkmələrlə də birlikdə geyinə bilərsiniz. Ofis incəliyiniz üçün də jaketləri dikdabanlı çəkmə və stilettolarla birləşdirmək mümkündür. Yeni mövsümdə boz, qara, zoğalı, göy və krem tonları dəbdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm