İnteryerdə toxuma aksessuar mövsümü başlayıb - Fotolar
Bizi izləyin

Tabloid.az

İnteryerdə toxuma aksessuar mövsümü başlayıb - Fotolar

İnteryerdə toxuma aksessuar mövsümü başlayıb

Soyuqların başladığı bu günlərdə interyerdə hörük detalları istifadə edərək evinizə istilik bəxş edə bilərsiniz.

Toxunma yastıqlar, yumşaq kətillər, xalça və kilimlər, toxuma adyallar və digər hörük detallarına malik məhsullar havaların soyumağa başlaması ilə birlikdə yenidən ön plana çıxmağa başlayıb. İnteryerdə toxuma məhsulları istifadə edərək dəbi izləyə bilərsiniz. Onlar sayəsində qışın soyuğunu bir az da olsa azaltmaq öz əlinizdədir.

Nimdərləri rəngarəng örtüklər əvəzinə, istədiyiniz tonlarda yun iplərlə toxumaq gözəl fikir ola bilər. Zövqə görə bir-birindən qəşəng bəzək aksessuarları və yastıqlar üçün də qılıflar toxuya bilərsiniz. Və ya kreslonu tamamlayan ecazkar və yumşaq adyal toxuya bilərsiniz.

Yataq üçün də qəşəng örtük toxuyaraq yataq otağını qarlı havalara hazırlaya bilərsiniz. Hətta yataq örtüyünün kənarlarına bir az rəng qataraq daha xoş görüntü əldə etmək mümkündür.

Bundan başqa, istifadə etdiyiniz stullara da toxunma və yun sviterlərinizi geyindirərək, onlara tamamilə başqa bir görüntü vermiş olarsınız. Yaşasın, bu qış üşüməyəcəyik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm