Zülfiyyə Xanbabayeva oğurluq xəbəri ilə gündəmə gəldi - Fotolar
Bizi izləyin

Tabloid.az

Zülfiyyə Xanbabayeva oğurluq xəbəri ilə gündəmə gəldi - Fotolar

Azərbaycanın xalq artisti, sevilən ulduz, efirlərdə nadir hallarda görünən Zülfiyyə Xanbabayeva oğurluq xəbəri ilə gündəmə gəlib. Tabloid.az-ın araşdırması sayəsində məlum olub ki, xalq artistinin Türkiyəli həmkarı Elif Kaya solo karyerasının ilk addımınd

Azərbaycanın xalq artisti, sevilən ulduz, efirlərdə nadir hallarda görünən Zülfiyyə Xanbabayeva oğurluq xəbəri ilə gündəmə gəlib. Tabloid.az-ın araşdırması sayəsində məlum olub ki, xalq artistinin Türkiyəli həmkarı Elif Kaya solo karyerasının ilk addımında Xanbabayevadan oğurluq edib.

Zülfiyyə xanımın 12 il bundan öncə, daha dəqiq desək 2002-ci ilin 31 mayında Heydər Əliyev sarayında konserti üçün yaradılmış obrazını Elif Kaya bu il təqdim etdiyi “Karanlık dünya” adlı klipində canlandırıb.

Maraqlıdır ki, Elif Kaya sənətə Türkiyənin superstarı Hande Yenerin tələbəsi olaraq gəlib. Uzun illər Handenin bek vokalı olan müğənni geyim tərzini, imicini, hətta ifa tərzini belə Handedən öyrəndiyini bildirib. Deyəsən, Zülfiyyə Xanbabayeva onun yadından çıxıb.

Tabloid.az hər iki müğənninin fotolarını və videonu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm