Tabloid.az
Bədəndəki çatlaqlardan xilas olmağın yolları
Qadınların ən böyük problemlərindən biri də dəridəki çatlaqlardır. Daha çox hamilələrdə, tez-tez kökəlib arıqlayanlarda və yetişkinlik dövrünə keçən gənclərdə müşahidə olunur.
Bütün problemlərdə olduğu kimi çatlaqların yaranmasının qarşısını almaq, onları yarandıqdan sonra yox etməkdən daha asandır.
Bəs dərimizin çatlamaması üçün nə etməliyik?
1.Qısa zamanda çox kökəlməməyə və ya arıqlamamağa çalışın. Çünki dəri bədəndəki yağ miqdarının artıb azalması ilə birlikdə eyni sürətlə elastikləşməyi bacarmır və çatlamağa başlayır.
2. Dərinin daha elastik olması üçün bəzi tədbirlər görün. Məsələn, yumşaldıcı yağlardan, həmçinin A, E və F vitamini baxımından zəngin olan çatlaqların qarşısını alan xüsusi kremlərdən istifadə edin.
3. Çox dar paltarlar geyinməyin. Bu tip geyimlər qan dövranının sürətini azaldır və dərinin kifayət qədər oksigen qəbul etməsinə mane olur. Oksigen ala bilməyən dəri qidalana bilmədiyi üçün çatlayır.
4. Bol-bol su için. Gündə ən az 2 litr su içmək dəri sağlamlığı üçün çox önəmlidir.
Tabloid.az
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq