"Fatih Harbiyə"nin villasında klip çəkildi - Fotolar
Bizi izləyin

Tabloid.az

"Fatih Harbiyə"nin villasında klip çəkildi - Fotolar

Müğənni Vüsalə Rəcəbovanın “Sevməyi öyrədim” klipinin davamı İstanbulda çəkilib. Söz və musiqisi Rəşad Bağırova məxsus “Getmə” kompozisiyası bu dəfə mini film şəklində təqdim ediləcək.

Müğənni Vüsalə Rəcəbovanın “Sevməyi öyrədim” klipinin davamı İstanbulda çəkilib. Söz və musiqisi Rəşad Bağırova məxsus “Getmə” kompozisiyası bu dəfə mini film şəklində təqdim ediləcək. Çəkilişlər maraqla izlənilən “Fatih Harbiyə” serialındakı villada çəkilib. Rejissoru Kənan MM , operatoru Bəhruz Əliyev olan mini filmdə xəyanət və qısqanclıq yenə ön plandadır.

Xatırladaq ki, ötən klipdə xəyanətin ardınca sevgilisini bağışlayan Vüsalə xanım Qafur bəydən aldığı evlilik təklifini bu dəfəki ssenaridə dəyərləndirib. İstanbulda özlərinə toy edən cütlük valideyn olmağa hazırlaşır. Amma yenə də xəyanət və qısqanclıq onların münasibətinə soğan doğrayır. Qafur bəy bu dəfə də bağışlanması üçün şans axtarır və dünyaya gələcək övladına beşik , xanımına gül dəstəsi ilə qapının önündə dayanır.

Vüsalə xanımın onu bağışlayacağı növbəti, üçüncü mahnının ekran görüntülərində bəlli olacaq. Hələlik isə yaradıcı heyət yaxın zamanlarda təqdim ediləcək klipi montaj edir.

Maraqlı və gərgin keçən çəkiliş prosesi bir həftəyə yaxın davam edib. Xatırladaq ki, Vüsalə xanımla tərəf müqabili olan Qafur bəyin klipdəki sevgi münasibəti həyatda da alovlanıb. Vüsalə xanım real həyatda qısqanc xanım olduğunu bildirsə də, xəyanətlə rastlaşmayacağına inandığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm