“Sehirli xalat” filmi 50 yaşında
Bizi izləyin

Tabloid.az

“Sehirli xalat” filmi 50 yaşında

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunub.

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunub.

Tabloid.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edilib, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açılıb.

Tədbirdə Nizami rayonunun Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi uşaq qrupu da öz çıxışları ilə tamaşaçıları sevindirib.

Filmdə çəkilmiş aktyorlar, Zərifə obrazını yaratmış Solmaz Hətəmova, Eldar obrazını yaradan Yusif Şeyxov və digərləri film haqqında xatirələrini paylaşıblar.

Mərasimdə iştirak edən qonaqlar mərkəzin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi fotosərgi ilə də tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm