Qırışlara təbii yollarla müharibə elan edin
Bizi izləyin

Tabloid.az

Qırışlara təbii yollarla müharibə elan edin

Qırışlara təbii yollarla müharibə elan edin

Üzünüzdəki qırışlardan qurtulub təravətli dəriyə sahib olmaq çox asandır! Tabloid.az dəriyə qulluqda istifadə edilən təbii üsulları təqdim edir:

Bir ovuc çiyələyi yaxşıca əzib suyunu süzün. Süzdüynüz çiyələk suyunun içinə bir az gülab qatıb qarışdırın. Bu qarışığın hamısını üzünüzə və boynunuza çəkib 1 saat gözləyin. Daha sonra karbonatlı su ilə üzünüzü yuyun.

Yarım almanı rəndələyərək yaxşıca əzin və içinə 2 qaşıq qaymaq qatıb təkrar əzin. Üzünüzə sürtüb 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun və nəmləndirici krem çəkin. Qaymaq dərinizi yumşaldacaq və nəmləndirəcək. Alma isə dərinin daha təravətli qalmasını təmin edir. Bundan başqa, bol-bol alma yemək də dəriniz üçün çox faydalıdır. Bu qarışıq boyun qırışları üçün çox faydalıdır. Həftədə bir dəfə çəkə bilərsiniz.

Eyni miqdarda limon suyu və qliserini qarışdırın və bir şüşəyə əlavə edin. Yatmazdan əvvəl bu suya bir parça pambıq batırıb üzünüzü təmizləyin.

Yatmazdan əvvəl 1 stəkan qovun suyunu 1 stəkan qaynamış su ilə qarışdırıb dərinizi yuyun. Daha sonra qaynadılmış südə pambıq batırıb dərinizi silin və yumşaq dəsmal ilə qurulayın.1 qaşıq balı 1 yumurtanın ağı və 1 qaşıq qliserin ilə qarışdırın. Bu qarışığı üzünüzə sürtüb 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü əvvəlcə ilıq sonra soyuq su ilə yuyub yumşaq dəsmal ilə silin. Həftədə bir dəfə tətbiq edin.

1 yumurtanın sarısını 1 qaşıq süd ilə qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra dərinizi limon suyu ilə silin. Həftədə bir dəfə tətbiq edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm