İvan Urqant Nataliya Oreyro ilə öpüşmək istəmədi - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

İvan Urqant Nataliya Oreyro ilə öpüşmək istəmədi - Fotolar, Video

Dünyada məşhur aktrisa və müğənni Nataliya Oreyro artıq ikinci dəfədir ki, Rusiyanın Birinci kanalında nümayiş olunan “Veçernıy Urqant” verilişinin qonağı olub.

Məşhur aktrisa və müğənni Nataliya Oreyro artıq ikinci dəfədir ki, Rusiyanın Birinci kanalında nümayiş olunan “Veçernıy Urqant” verilişinin qonağı olub.

Tabloid.az xəbər verir ki, teleaparıcı İvan Urqantın qonağı olan uruqvaylı aktrisa verilişdə rus dilində oxuyub, klip çəkdirdiyi “Я умираю от любви” adlı mahnısını təqdim edib. Bu mahnı aktrisanın “Vəhşi mələk” adlı serialında oxuduğu “Me Muero De Amor” adlı sauntrekdir. Sözügedən klipdə Nataliyanın “Vəhşi mələk”də tərəf müqabili olan Fakundo Arana da çəkilib.

Yeri gəlmişkən, veriliş maraqlı məqamlarla yadda qalıb. Belə ki, Nataliya İvan Urqanta onunla klipə çəkilməyi təklif edib. Daha sonra ondan Fakundo Arana kimi ehtiraslı öpüşüb-öpüşmədiyini soruşub. Çünki yeni klipdə Nataliya Fakundo ilə öpüşüb. İvan isə bu suala cavab verməkdən yayınıb.

Xatırladaq ki, Nataliya Oreyro bu ilin aprelində də İvan Urqantın qonağı olmuşdu. Onda veriliş boyu İ.Urqantın suallarını cavablandıran aktrisa rus dilində bildiyi sözləri dilə gətirmişdi.

Qeyd edək ki, tamaşaçılar Nataliya Oreyronu “Vəhşi mələk”, “Varlılar və məşhurlar” və “Modellər - 90-60-90” seriallarındakı obrazları ilə daha çox seviblər.

“Я умираю от любви” adlı yeni klipi və “Veçernıy Urqant” verilişinin aktrisa çəkilən buraxılışının video görüntüsünü Tabloid.az oxucularına təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm