Hər bir modapərəstin bilməli olduğu qış dəbinin əsas proqnozu - Fotolar
Bizi izləyin

Tabloid.az

Hər bir modapərəstin bilməli olduğu qış dəbinin əsas proqnozu - Fotolar

Hər bir modapərəstin bilməli olduğu qış dəbinin əsas proqnozu

Qarşımızda bütün qaydaların yıxıldığı modern və havalı bir il var. Bəs bu il qadınları dəb aləmində hansı sürprizlər gözləyir? Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə qışın əsas trendlərindən və ən çox aktual olan rəng tonları haqqında məlumat verəcəyəm. Bu ilin qış dəbinin trendlərinə nəzər salsaq, moda dünyasında həqiqətən də ciddi inqilab baş verdiyini, bəlkə də heç bir qış dəbdə olmayan rənglərin və üslubların önə çıxdığını müşahidə edərik. Kəsimlərdə bir çox qarışıq model dəbdə olduğu üçün moda dünyasında baş verən xaos aydın şəkildə nəzərə çarpır. Əlbəttə ki, siz öz zövqünüzün gücünə inanırsınızsa, bu xaosdan alnıaçıq çıxa və mövsümün ən dəbli xanımı ola bilərsiniz. Bu xaosun sizi qarışdırmaması üçün qışın əsas trendlərini birlikdə öyrənək...

Özünəməxsus obrazınızla hər kəsi valeh etmək istəyirsinizsə, ilin dəb trendlərindən xəbərdar olun!

Qarın əzələsi mütləqdir! Göbəyi açıq qoyan qısa köynəklər bu il vitrinləri dolduracaq. Artıq sözə nə hacət, incə beli və qarın əzələsi olan qızlar üçün qısa köynəklər ən seksual dekolte olacaq.

Güllər açın! Rəngarəng güllü paltarlar bu il əhvalınızı daha da şənləndirəcək.

Rahat ayaqqabılar! Artıq ayaqqabılar da rahatlıq prinsipindən öz nəsibini alacaq! Bu il hündür idman ayaqqabıları sneakerlər, birkenstocklar, loaferlar, oxfordlar onsuz da hündürdaban ayaqqabıları kölgədə qoymuşdu. Belə görünür "Valentino", "Givenchy" və "Chloe"nin altı düz ayaqqabıları incə qadın ayaqlarını bütün qış bəzəməyə xidmət edəcək.

Bütün ətək modelləri... Baş rolda isə asimmetrik, peplum, maksi, midi, mini, fırfırlı modellərdir. Hər formada, hər dizaynda və hər tərzdə ətək tapmaq mümkün olan mövsüm bizi gözləyir.

2014-cü ilin yaz dəbi nostalji hisslər yaradacaq! Belə ki, keçmişə səyahət etmək istəyənlər üçün dizaynerlər retro dəbinin bəzi alternativlərini təqdim edir. 40 və 50-ci illərin karamel tonları, parlaq bəzəklər, 70-ci illərin kloş ətək modelləri də aktual olacaq.

Şən ol ki, gənc qalasan! Necə? Zərli və pulcuqlu modellərlə... Bikini, paltar, ayaqqabı, çanta, bluz, hətta aksessuarlarda da tez-tez görməyə alışdığımız qotazlar ən çox diqqətçəkən trendlərdəndir. Amma bu dəfə daha romantik və modern olacaq. Aksessuarlar sənət əsəri havasında hazırlanıb. 2015-də daha pozitiv və şən olmaq üçün qotazlı detallara müraciət edin.

Köhnələri çıxarın! Xüsusən də "Bunu heç vaxt geyinmərəm" dediyiniz, kənara atdığınız cüt düyməli pencəyi geyinməyə hazır olun. Cüt düyməli pencəklər bu il çox dəbdədir.

Sənət! Bu il moda sənət əsərlərindən ilham alır. "Chanel", "Celine", "Jil Sander"in rəngli, naxışlı ətək və paltarların hər biri sanki muzey üçün hazırlanan sənət əsəridir.

Moda texnologiya ilə qarşılaşıb! 3D-nin sadəcə filmlərdə olduğunu zənn edənlərə, 2014-cü il olduğunu və 2015-ə yaxınlşadığını xatırladın. Bir sözlə, moda dünyası texnologiya ilə qarşılaşıb. Qarşıdakı yaz mövsümündə 3D çiçək bağçalarını üzərinizdə daşıyacaqsınız. Tək rəng çiçəklərdən tutmuş, böyük çiçək kollajlarına qədər rəngli motivlərlə bu il təravətli çiçək kimi görünməyə hazır olun.

Rahatlıq! Dizaynerlər sanki hamısı sözləşib rahat geyimlər hazırlayıblar. Üzərinizə sıx oturan ətək və şalvarlar yerini, boş və bol geyimlərə verir. Qızar isə daha çox "boyfriend" adlanan köynəklər geyinəcəklər.

Dəbi siz idarə edin! Moda sizə yox, siz modaya əmrlər verəcəksiniz! 2015-ci ilin qışında moda, qayda-qanunlara əməl etməcəyək. İstədiyiniz rəngləri, modelləri sintez edib azadlığı və sərbəstliyi ifadə edən obraz yarada bilərsiniz.

Mesaj ötürməyə hazır olun! Dizaynerlərin modasevərlərə mesajı var. "DKNY", "Rebecca Minkoff", "Christian Dior", "Louis Vuitton", "Jean-Charles de Castelbajac", "Moschino", "Alexander Wang", "Céline", "Christopher Kane", "Erdem", "Kenzo" ətrafa mesaj ötürən, mətnli geyimlər, söz oyunlarını əks etdirən köynəklər, aksessualar moda dünyasında hakimiyyəti öz əlinə alıb.

Parlamağa hazır olun! Bir çox moda evi metalik tonlara böyük yer verib. Metalik partlayış baş verib. Metalik detallar, parlaq broşlar, gümüş naxışlar göz qamaşdıracaq.

Etnik moda küləyi... Xüsusən də "Givenchy", "Alexander McQueen" və "Valentino"da Afrika küləkləri, aksessuar, paltar və səndəllərda özünü göstərir. 2015-ci ildə entik moda detalları bir çox brendə özünü göstərəcək.

Bohem tərzi: Bohem tərzi - azad düşünən, özünü azad hiss edən hər kəsin stilidir. Qaraçılardan, hippilərdən və etnik tərzdən ilham alan bohem tərzi diqqəti özünə çəkməkdən qorxmayan insanların seçimidir. Bohem ölməzdir, həmişə dəbdədir. Bu mövsüm müstəqil özünüifadə edən bohem tərzinin də geri qayıtması başa düşüləndir.

Rəng mütəxəssisləri də 2014-2015 payız-qış mövsümünün digərlərinə heç bənzəmədiyi məsələsində həmfikirdir. İndiyə qədər adətkar olduğumuz tünd qış rəngləri, bu mövsüm qarderobumuzda o qədər də hiss olunmayacaq. Yeni mövsümə, xəyal gücünün sərhədlərini məcbur edən, bədii rəng kombinasiyası yaradan canlı rənglər damğasını vuracaq.

Dizaynerlər 2014-2015 payız-qış mövsümündə kitablardan fotoşəkillərə, memarlıqdan landşafta qədər hər şeydən ruhlanıb kolleksiyalarında çox canlı rənglərə yer veriblər. Rəng hakimiyyəti "Pantone" mövsümə hakim olacaq rəngləri bir araya toplayıb. Ortaya çıxan rəng palitrası bizi keçmişdən gələcəyə 100 illik macəralı səyahətə aparır. Gəlin, bu mövsümə damğasını vuracaq rəngləri birlikdə araşdıraq...

Sangria: Qırmızının bu ekzotik tonu payız rəng trendlərində də baş rolda yer alır. Pantoneye görə, bu rəng insanda uzaq yerlərə getmək hissi və cəlbedici macəraların yaratdığı hisləri doğurur. İspanların məşhur içkisi Sangriadan adını alan rəng, qırmızı ilə tünd çəhrayı arasında olduqca cəlbedici bir yerdə durur. Payız kombinasiyalarında Aralıq dənizi alovunu daşıyacaq bu rəngə mütləq yer verməlisiniz.

Avrora qırmızısı: Palitradakı ən canlı qırmızı tonu, günəşin doğması anlamına gələn Avrora qırmızısıdır. Bu mövsüm qırmızı və çəhrayının bir çox tonuna rast gələcəyik, amma Avrora bunların arasında ən mürəkkəb və diqqətçəkici olanıdır. Bu mövsüm paltarlardan aksessuarlara, makiyaj trendlərinə qədər hər yerdə qarşımıza çıxacaq ton mövsümə damğasını vuracaq. Bəlkə bir pomada, bəlkə də bir ayaqqabı ola bilər... Kiçik də olsa, bu rəngi daşıyan bir parçanı bu mövsüm kolleksiyanıza əlavə edin.

Dumanlı yasəmən: Bu iki yetkin qırmızı tonunu son dərəcə dinamik və gənc bənövşəyi rənglər təqib edir. Bu payız heç görmədiyi qədər canlı və qeyri-adi rənglərin ağuşuna qərq olacaq, onların başında isə bu bənövşəyi tonları gəlir. Dumanlı yasəmən tünd bənövşəyinin həm romantik, həm də demək olar ki, ən zərif olanıdır. Qadın gücünü xatırladan bu rəngi, palitradakı digər isti tonlarla birləşdirərək romantik təsir yarada, ya da mavi və bozla kombinləyib daha güclü kontrast yaratmaq mümkündür.

Parlaq səhləb: Pantonenin ilin əvvəlində ilin rəngi olaraq açıqladığı parlaq orxideya, təbii ki, payız mövsümündə də qarşımıza çıxır. İlin ən məşhur rəngi bu siyahıda olan bütün rənglərlə qəribə bir harmoniya təşkil edir. İstər digər qırmızı tonları ilə istifadə edərək isti təsir yaradın, istəyir soyuq mavi ilə gözə çarpan kombinasiya edin, amma bu mövsümün rəngini heç bir halda diqqətdən kənar qoymayın.

Sərv yaşılı: Mövsümün yeganə yaşıl tonu adını bir ağacdan alır. Sərv ağaclarından götürülmüş bu ton son dərəcə füsünkar və güclü təsir bəxş edir. Qırmızılardan mavilərə, boz və sarılara qədər mövsüm palitrasındakı bütün rənglərlə möhtəşəm ahəng içində olan sərv tonu mənim də sevimli rənglərimdən biridir.

Canlı kobalt: Kobalt (kobalt daşın adıdır) tonunun bir çox heyranı olduğunu bilirik. Mövsümün sevimlisi bu mürəkkəb tonun ən canlı versiyasıdır. Sangriadan sonra payızın ən əhəmiyyətli iki rəngi olan canlı kobalt rəngini istəyirsinizsə, palitradakı bənövşəyi tonları ilə kombin edərək iddialı görünüş əldə edə, istəsəniz daha mat tonları seçərək zərif nəticə ortaya çıxara bilərsiniz.

Nəcib mavi: Təkcə adı bu rəngi seçmək üçün kifayət edir! Son dərəcə təmkinli olmasından başqa, olduqca cəlbedici olan nəcib mavi tonu yüngül bənövşəyiyə çalır. Göy qədər sadə və düz, bənövşəyi qədər iddialı və üsyankar olmayan bu mavi tonu mövsümdə ən sevdiyiniz rəng olacaq.

Alüminium boz: Bu qədər canlı rəng arasında mütləq bir boz ton olmalıdır. 2014-2015 payız-qış mövsümünün əvəzolunmazı olan bozun ən şirin tonu alüminium, yüngül xakiyə çalan rəngdir. Bunu təbii ki, palitradakı digər bütün rənglərlə rahatlıqla kombinasiya etmək mümkündür. Bu neytral ton özünüzü içində rahat, eyni zamanda, mürəkkəb hiss edəcəyiniz bir çox tonlarla kombinasiya etməyə imkan verəcək.

Konyak: Siyahıda sangriadan sonra içki adından ilham alan ikinci rəng konyakdır. Həm gündüz, həm gecə rahatlıqla istifadə ediləcək bu tonu sarı, bənövşəyi və ya qırmızı ilə istifadə edib canlandıra, ya da mavi və bozla kombinə edib son dərəcə qəşəng bir nəticə əldə edə bilərsiniz.

Tutqun sarı: 2014-2015 payız-qış palitrasını Günəşin rəngi olmadan təsəvvür edə bilmərik! İsti, müsbət və ürəkaçan rəng olan tutqun sarı son dövrlərdə qış mövsümündə qarşımıza çıxan sarıların ən yumşaq variantdır. Xüsusilə naxışlarda tez-tez üzləşəcəyimiz bu rəng tonu bahar gələnə qədər bizə xoşbəxtlik verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm