Azərbaycan yenidən “Best Model of The World” yarışmasında - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycan yenidən “Best Model of The World” yarışmasında - Fotolar

Azərbaycan yenidən “Best Model of The World” gözəllik müsabiqəsində təmsil olunacaq.

Azərbaycan yenidən “Best Model of The World” gözəllik müsabiqəsində təmsil olunacaq.

Təşkilatçı Aqil Məmiyevin Tabloid.az-a açıqlamasında bildirdi ki, vaxt azlığı ilə əlaqədar olaraq Azərbaycanda milli finalı keçirilməyəcək:

“Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilatı Azərbaycan üzrə komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən, ölkəmizi mötəbər yarışda təmsil edəcəklər. İştirakçılar boy, bədən ölçüləri, xarici dil biliyi , gözəllik kimi meyarlar əsasında seçiləcək”.

Qeyd edək ki, sözügedən müsabiqə 27 ildir ki, keçirilir. Bu il dünya finalı dekabrın 6-da İstanbulda keçiriləcək. Amma seçilən təmsilçilərimiz noyabrın 30-dan kampda iştirak etmək üçün İstanbula yola düşəcəklər.

Yarışmanin prezidenti Erkan Özermandır. Azərbaycan üzrə təşkilatçısı isə “AES Group”-un prezidenti Aqil Məmiyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm