Tabloid.az
Məryəm qızının üzünü ilk dəfə göstərdi - Foto
“Möhtəşəm yüz il” serialı məşhurlaşan aktrisa Məryəm Üzərli ilk dəfə qızı Laranın fotoşəklini paylaşıb. Aktrisa daha öncə qızı ilə birlikdə çəkilmiş fotolarını paylaşsa da, onun üzünü gizlədirdi. Bu dəfə o, pərəstişkarlarını sevindirib.
Aktrisanın 1 il 5 aylıq qızının fotoşəkli fanatları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda Almaniyada olan gözəl aktrisa yanvarda Türkiyəyə qayıtmağı düşünür.
“Möhtəşəm yüz il” çəkilərkən oteldə qalan aktrisa tükənmişlik sindromu ilə üzləşməsində ev şəraitində yaşamamasının da rolu olduğunu düşünür.
Aktrisa bu səbəblə Acarkentdə bir villa kirayələdiyini bildirib. Baxçası və hovuzu olan villanın aylıq kirayəsi 15 min lirədir. Bu pulu aktrisanın yeni rol alacağı serialın prodüseri ödəyəcək.
“Artıq bir qızım var. Laranı oteldə böyüdə bilmərəm. Ona sağlam və isti bir ev bəxş etməliyəm. Yeni yuvamızda hüzurlu həyatımız olacaq”.
Tabloid.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!