• USD 1,7000 0,00% EUR 1,8352 -0,03%
    • GBP 2,1921 -0,14% RUB 0,0265 -0,75%

Ayan: "Sevirəm və sevilirəm" - Fotolar

Ayan: "Sevirəm və sevilirəm" - Fotolar

Ötən həftə “Səndən sonra” adlı yeni mahnısını təqdim edən gənc müğənni Ayan Babakişiyeva tabloid.az-a şəxsi həyatı haqqında açıqlama verib. Qeyd edək ki, bu ilin martında ana olan Ayan körpəyə Selena adını qoyub.

Müğənni ilə maraqlı müsahibəni təqdim edirik.

- Ayan, gənc və gözəlsiniz. Bu cür xanımlar isə daim əks cinsin nümayəndələrinin diqqətində olurlar. Həyatınızda kimsə var?

- Mən sevgiyə çox hörmətlə yanaşan bir insanam. Niyə də olmasın?! Sevirəm də, sevilirəm də. Həyatımda hər şey gözəldir.

- Münasibətiniz ciddidir?

- (Gülür) Bu barədə çox danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, çox xoşbəxtəm. Toy olub, olmayacağını isə sonra danışarıq.

- Ayan, daim formadasınız. Buna necə nail olursunuz?

- İnanın çox çətinliklə! Mən yeməyi çox sevdiyimdən mənə çətindir. Sevdiyim yeməklər isə xəngəl, dovğa, dolma, xaş... (gülür) Bu yeməkləri sevsəm də, daim formada qalmaq üçün yemirəm. Çox vaxt baxmaqla kifayətlənirəm.

- İdmanla məşğul olursunuz?

- Yenicə ana olduğumdan hələ idmanla məşğul ola bilmərəm. Bu səbəbdən idman etmirəm. Amma pəhriz saxlayıram. Təkcə pəhrizlə formada qalanda istədiyin nəticəni almaq çətindir. 3-4 aydan sonra mütəmadi olaraq idman məşqlərimə də start verəcəyəm.

- Çox baxımlısınız. Bu qədər baxımlı görünmək üçün nə qədər xərciniz çıxır?

- Bu, mənim yaralı yerimdir. Qarderobum doludur. Amma yenə də deyirəm ki, geyinməyə heç nəyim yoxdur. Çünki səhnə bizdən bir libası cəmi 1 dəfə geyinməyimizi tələb edir. Bir libası ən çoxu 2-3 dəfə geyinə bilirsən. Ondan sonra istəsən də alınmır. Mən özüm isə alış-veriş, geyim xəstəsiyəm. Hər zaman çalışıram ki, qeyri adi libaslar geyimin və qeyri adi görünüm. Bu səbəbdən də çoxlu pul xərcləyirəm.

- Aylıq nə qədər xərciniz çıxır?

- Düzünü deyim, heç nə etməsən, ortalama 15 min manat xərcim çıxır. Mən bura alış-verişi daxil etmirəm. Əgər geyim alış-verişi və klip çəkilişi olsa, aylıq xərcim 25 min manatı keçir.

- Bu qədər paltarı nə etmək fikriniz var?

- Saysız-hesabsız geyimlərim var. Hamısı da çox bahalıdır. Onların qiymətinə bahalı maşın, hətta ev də almaq olar. Fikirləşirəm ki, geyinmədiyim paltarlarımı satıb ev alacağam (gülür).

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR