Palto ilə kəmərin şıq konsepsiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Palto ilə kəmərin şıq konsepsiyası - Fotolar

Palto ilə kəmərin şıq konsepsiyası

Soyuq havalarda da qəşəng geyinməyə çalışanların ən böyük dərdlərindən biri bürüncəklər və çoxqatlı paltar təbəqələri sayəsində olduğundan kök görünməkdir. Üst-üstə geyinən zaman qadınlığı bəlli edən incə xətlər yox olur. Ancaq moda həftələrindən öyrənəcəyimiz çox şey var. Paltoları kəmərlə tamamlamaq, həm qəşəng görüntü yaradır, həm də qadınılığın bəlli xətlər ortaya çıxır. Bir güllə ilə iki dovşan vurmuş olursunuz.

Paltoları klassik dəri kəmərlərlə, bu ilin sevimli metal kəmərləri ilə geyinə bilərsiniz. Xüsusilə parlaq rəngli paltolarla metal toqqaların ahəngi möhtəşəmdir. Mənim şəxsi fikrim isə düyməsiz və ya anvelop tərzdə paltoların mütləq kəmərlə tamamlanmasıdır. Digər bir vacib nöqtə isə yumşaq və balon tərzində kurtkaların da kəmərlə bağlanmasıdır. Bu şəkildə həm kobud görünüşdən xilas olmaq mümkün olar, həm də belə taxılan kəmər qadına qəşəng bir hava verir. Tabloid.az beli kəmərli palto dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm