Bəstəkardan jest - Fotolar
Bizi izləyin

Tabloid.az

Bəstəkardan jest - Fotolar

Bəstəkar-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır. Uzun illərdən bəri yazılan və artıq bir kitab halına gələn şeirlər toplusu “Sevgi dünyası” adlandırılıb.

Bəstəkar-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır. Uzun illərdən bəri yazılan və artıq bir kitab halına gələn şeirlər toplusu “Sevgi dünyası” adlandırılıb.

“5 ildir ikinci kitabım üzərində çalışıram. “Sevgi dünyası” adlandırdığım kitabın əsas mövzusu Vətən və sevgidir. Düşünürəm ki, hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən, yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək” – deyən müəllif şeirlər toplusunu 2015-ci ilin ilk həftələrində təqdim etməyi planlaşdırıb.

Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. “Nəğmələr kitabı” adı ilə öncə Gürcüstanda, daha sonra ölkəmizdə təqdimatı keçirilən toplunu Tural Bayraməliyev ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edib:

“Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni mahnı şəklində davam etdirəcəyəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan “Xalqımızın qəlbindəsən” adlı kompozisiya həsr etmişdim. Xalq artisti Nisə Qasımova mahnını ifa edib. Dekabrın 12-də Heydər Əliyevin anım günündə ona daha bir kompozisiya ithaf edəcəyəm. Hazırda bunun üzərində çalışırıq. “Ulu öndər” adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi mənə məxsusdur. Əsəri əməkdar artist Almaz Ələsgərli səsləndirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm