Rəşaddan “Sənsizlik” gəlir
Bizi izləyin

Tabloid.az

Rəşaddan “Sənsizlik” gəlir

Kəmiyyətdən çox keyfiyyətli musiqiyə üstünlük verən müğənni Rəşad İlyasov yeni mahnısını təqdim edib.

Kəmiyyətdən çox keyfiyyətli musiqiyə üstünlük verən müğənni Rəşad İlyasov yeni mahnısını təqdim edib. Musiqinin çox fərqli olduğunu deyən İlyasov mahnı haqqında tabloid.az-a açıqlama verərək bildirib:

“Bu yaxınlarda Türkiyənin Cümhuriyyəti bayramı idi. Mənə də tədbirdə iştirak üçün Türkiyə səfirliyi tərəfindən dəvət almışdım. Bəstəkar Sevinc Tofqqızı yaxınlaşaraq gözəl bir mahnı təklif etdi. O, əlavə etdi ki, sözləri millət vəkili Qənirə Paşayevaya aiddir. Mahnı həm də ona görə ürəyimcə oldu ki, əgər bəstəkar mahnını özü müğənniyə təklif edirsə, mahnıda onun lirizimlərini görürsə bu, artıq uğurdur. Əslində Qənirə xanımla daha əvvəllər görüşdükdə ona yaxınlaşaraq onun sözlərinə bir mahnı ifa etmək istəyimi özünə bildirmişdim. Demək ki, zaman indi imiş”.

Qeyd edək ki, Mahnının adı “Sənsizlik” adlanır. Mahnıda ayrılıqdan bəhs olunsa da, pozitiv mahnıdır. Bu, Rəşad İlyasovun Qənirə Paşayeva ilə ilk iş birliyidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm