Tabloid.az
Xanımları məsum göstərən məktəbli trendi - Fotolar
Məktəb illəri üçün darıxanların sayı yəqin ki, az deyil. Xüsusən də lap kiçik siniflər bizə uzaq keçmiş kimi görünür. O illər uçub burnumuz ucu göynəyir... Hətta nifrətlə baxdığımız və geyinmək istəmədiyimiz məktəbli formasını sevgi ilə xatırlayırıq. “Kaş ki, o formanı yenidən geyinə bilsəydim” deyənlər varsa, onları sevindirmək istərdim. Çünki bu mövsüm ağ yaxalıq trendi çox aktualdır. Dizaynerlər bizi məktəb illərinin həsrətini çəkməkdən xilas edərək məktəbli formasını qış dəbinin əsas tendensiyasına çeviriblər.
Krujevalı yaxalıqlar ən çox "Valentino" moda evinin kolleksiyalarında nəzərə çarpır. Xüsusən də, qara don və ağ krujevalı yaxalıqlar çox aktualdır. Kolleksiya dini geyimlərdən və hollandiyalı rəssam Yana Vermera sənət əsərlərindən ilhamlanıb. Bu, rahibə paltarlarına məxsus bir stildir. "Valentino"nun qış kolleksiyası mənəviliyin, sakitliyin və minimalizmin təzahürlərini özündə birləşdirib. Əxlaqi və mənəvi xüsusiyyətlərin birləşməsindən yaranan, minimal uzunluqda olan paltarlar hər bir modapərəst qızın ürəyincədir.
Dəbə öz hökmünü yeridən Anna Dello Russo və Kseniya Sobçak kimi modabazların qara don və ağ yaxalıqlı stilləri diqqətə layiqdir.
Viktorya Bekhem də geyimlərində tez-tez ağ yaxalıqlardan istifadə edən məşhurlardandır. Miraslova Duma və Ulya Serqenko kimi stil ikonalarının ağ yaxalıqlara müraciət etməsi bu trendin alovlanmasına səbəb oldu.
Əgər donların bu variantı sizin çox xoşunuza gəlirsə, kədərlənməyin və məcburi deyil ki, məhz “Valentino”dan olsun. Bu gün dəb sanayesində tendensiyalar kütləvi brendlər tərəfindən tez qavranılır və yayılır. Buna görə də ağıllı qız üslubunu siz istənilən mağazada münasib qiymətə rahatlıqla tapa bilərsiniz.
Bu trendə əməl etmək əslində çox asandır. Qara qısa donun altına ağ, düyməli köynək geyinib yaxalıqlarını çıxartmaqla trendlə ayaqlaşa bilərsiniz. Mirvaridən, ya da ağ muncuqlardan düzəldilən yaxalıq formasında kolyelər də bu tərz geyimlərin yaxasına taxıla bilər. Ağ yaxalıqlar qollara da manjet kimi əlavə oluna bilər. Qollardakı manjetləri taxıb-taxmamaq isə artıq sizin ixtiyarınızda olan məsələdir. Yaxalığın rəngi ağ olması şərt deyil. Bəzi markalarda qırmızı yaxalıqlara da rast gəlinir.
Kiçik məsləhət: Əgər siz krujeva yaxalığı ilə qara qısa don almağa qərar vermisinizsə, krujevanın keyfiyyətinə xüsusilə diqqət yetirin. Çünki məhz balaca detal paltarı gözə gəlimli edir, keyfiyyətsiz krujeva isə dərhal nəzərə çarpır. Əgər risk etmək fikriniz yoxdursa, siz adi ağ yaxalığın üzərində dayana bilərsiniz.
Bəs bu paltarı nə ilə dəstləşdirmək olar?
Onları bu il dəbdə olan ağ-qara aksessuarlarla, nazik corablar, bir də uzunboğaz çəkmələrə uyğunlaşdırın. Yox, sadə paltarda narahat olur, özünüzü məktəbli kimi hiss edirsinizsə, yaxud da rahibəyə oxşayırsınızsa, başqa rəngləri bu cür eksperimentdən keçirə bilərsiniz:
Sizin üçün adi olmayan bir neçə dəst seçmişik. Bu paltara bu il çox dəbdə olan zoğalı tonları əlavə etmək olar.
Ağ və qara zərifliyə aparan tonlardır. Belə ki, ağ-qara qalın uzun corab, ya da çulkilərlə bu paltarı çox dəbdəbəli hala sala bilərsiniz.
Gördüyünüz kimi ilk baxışda sadə görünən stili şıq göstərməyin bir neçə variantı var. Əgər ürəyinizdən belə bir paltar keçirsə, heç düşünmədən alın, üzərində eksperiment aparıb öz obrazınızı yaradın.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI