Eminin gizli tərəf müqabili üzə çıxdı - Video
Bizi izləyin

Tabloid.az

Eminin gizli tərəf müqabili üzə çıxdı - Video

Müğənni-bəstəkar Emin uzun müddətdir danışdığı “Naçistotu” adlı mahnısına çəkdirdiyi klipin ikinci hissəsini təqdim edib.

Müğənni-bəstəkar Emin uzun müddətdir danışdığı “Naçistotu” adlı mahnısına çəkdirdiyi klipin ikinci hissəsini təqdim edib. Mahnının birinci hissəsində Eminin tərəf müqabili olsa da, xanımın üzü klip boyu görünmürdü və onun kimliyi gizli olaraq saxlanılıb.

Nəhayət, müğənni rəsmi "YouTube" kanalına klipin ikinci hissəsini də yerləşdirib. Məlum olub ki, Eminin tərəf müqabili “A-studio” qrupundan məhşur olan solist Keti Topuriyadir. Mahnının müəllifləri isə Rusiya musiqisinin magikanlarıdır. Belə ki, “Naçistotu” adlı mahnının sözlərini İqor Nikolayev yazıb, bəstəkarı isə İqor Krutoydur.

Müğənni ötən gün Moskvada eyni adlı mahnısının və albomunun təqdimatını da keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm