Kabab şousunun acınacaqlı nəticəsi - Video, Fotolar
Bizi izləyin

Tabloid.az

Kabab şousunun acınacaqlı nəticəsi - Video, Fotolar

Ötən gün “5-də 5” verilişi bir sıra maraqlı məqamları ilə yadda qalıb. Verilişin qonaqlarından olan Manaf Ağayev canlı yayımda, povilyonda əməlli başlı kabab bişirib. Özü də manqalda...

Ötən gün “5-də 5” verilişi bir sıra maraqlı məqamları ilə yadda qalıb. Verilişin qonaqlarından olan Manaf Ağayev canlı yayımda, povilyonda əməlli başlı kabab bişirib. Özü də manqalda...

Adını da qoyublar “Kabab şousu”, daha dəqiq desəm “Heç kəsin ağlına gəlməyən kabab şousu”. Belə çıxır ki, indiyədək atalarımız-babalarımız kabab bişirərkən şou göstəriblər, bizim xəbərimiz yox imiş.

Heç kimin ağlına gəlməyən misalına gəldikdə isə, burada ağıllı nə var anlamadım. Ümid edirəm ki, bu ağıldan digər kanallarımıza da gəlməz. Hərçənd ki, hamısı elə eyni ağıldadır.

Bəlkə də bu kabab bişirməyi şouya çevirmək olardı. Xüsusi qonaq çağıraraq akrobatik və ya şouya çevirə biləcək hərəkətlərlə kabab bişirilsəydi. Amma Manaf Ağayev hara şou hara? O, ümumiyyətlə şou biznesdə yoxdur axı, şounu necə göstərsin?! İndi kababla bilmirəm, amma onu da bacarmadı. Yəni, babalarımızdan, atalarımızdan gördüyümüz adi kabab bişirməkdən başqa qeyri-adi bir şey yox idi. Rusun sözü olmasın “tembolee” şou!

Amma sən saydığını say, gör köz nə sayır. Axı kababı bişirməyin yeri efir pavilyonu və ya studiya deyil. Elə manqalı közləməkdən 5-10 dəqiqə keçdi ki, tüstüdən göz-gözü görmürdü. Aparıcı da dəfələrlərlə vurğulayırdı ki, titrdə tüstünün nəticəsində efirin görünmədiyi haqda yazı getsin. Yəni, o deyə bilməsə də, biz deyək, efir bərbad gündə idi!

Xəzər telekanalı ötən gün “Kabab şousu” adı altında əməlli başlı toyxana açmağı bacardı. Kabab bişirən də var idi, meyxana deyən də, saz çalan da, mahnı oxuyan da, tamada da... Süfrə də açılıb.

Sonda vəziyyət o yerə gəldi ki, tüstüdən aparıcının gözlərindən yaş gəldi. Əbəs yerə yox! Vəziyyət elə gözdən yaş gəlməli vəziyyət idi, yəni, ağlamalı...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm