Qışdan zövq ala biləcəyiniz dırnaq dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qışdan zövq ala biləcəyiniz dırnaq dəbi - Fotolar

Qışdan zövq ala biləcəyiniz dırnaq dəbi - Fotolar

Dekabrın gəlməsinə artıq bir neçə gün qalıb və gəlin qışın ruhlandırıcı dırnaq dəbinə birlikdə nəzər salaq... Soyuq havada təkcə dəri və saçların deyil, dırnaqların da qeydinə qalmaq və onları diqqətlə tutmaq lazımdır. Digər tərəfdən isə qış atributlarını dırnaqlara köçürmək həm çox əyləncəli, həm çox dəbdədir.

Qış heyrətamiz dırnaq dizaynları üçün sizi ruhlandıra biləcək çox gözəl rəngləri və atributları ilə fərqlənir. Qar dənəcikləri və qaradamı dırnaqlara çox yaraşır. Yeni ildə bunlar yaxşı ilham mənbəyi ola bilər. Bütün bu gözəlliklər və qış rəmzləri qışın aktual rəng tonları ilə harmoniya təşkil edərək gözəl uzlaşır və ideal qış manikürü yaradır. Qışın dırnaq dəbi arasında bəziləri zərif, bəziləri ilə çox çılğındır. Lakin hər ikisi çox gözəldir.

İstədiyiniz simvolu seçdikdən sonra dırnaqları ona uyğun rəngə boyayıb heyrətamiz dizaynlar əldə edə bilərsiniz. Qış stilinə sadiq qalmaq üçün dırnaq boyalarını xüsusi qayğı ilə çəkməlisiniz. Tabloid.az sizə ilham verən dırnaq dizaynlarını toplayıb. Qışdan zövq almaq üçün bundan gözəl bəhanə ola bilməz! Fotolardan zövq alın və hər zaman dəbli olun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm