Astroloji proqnoz - 29 noyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 29 noyabr

Astroloji proqnoz - 29 noyabr

QOÇ - Bu gün hansısa perspektivli iş görəcəyiniz inandırıcı deyil. Astroloji göstəricilər yalnız gözləmə mövqeyində durmağınızı məsləhət görür. Saat 17-19 arası hər bir məsələdə ehtiyatlı olun.

BUĞA - Öhdənizdə olan bu təqvimdən hansısa uğur gözləməyiniz əbəsdir. Ən azı ona görə ki, həftənin ən passiv gününü yaşayacaqsınız. Odur ki, başınızı adi işlərlə qatmağa çalışın.

ƏKİZLƏR - Əməkdaşlıq zəminində uğurlu gün olsa da, təcrübəsizlik göstərib müvəffəqiyyətdən uzaq ola bilərsiniz. Odur ki, lazımi adamlardan məsləhət almağı unutmayın. Axşamı öz evinizdə keçirin.

XƏRÇƏNG - Təzadlı gün olsa da, hansısa uğursuzluqla qarşılaşmayacaqsınız. Çünki psixoloji dəyanətiniz buna imkan verməyəcək. Rəqiblərinizə qarşı üzüyumşaqlılıq nümayiş etdirməyin.

ŞİR - Fəaliyyət göstərdiyiniz müəssisələrdə təmkininizi qorumağa çalışın. Hətta haqsız addımların şahidi olsanız belə, cavab tədbirlərini sonraya saxlayın. Mübahisə sizə uğur gətirməyəcək.

QIZ – Kənar təsirlərə məruz qalacağınızı bildirən Göy qübbəsi özünüzü ələ almağı, şayiələrə uymamağı məsləhət görür. Zəif insanların inamından sui-istifadə etməyiniz böyük günahdır. Axşam qonaq gedin.

TƏRƏZİ – Təşəbbüskarlığı ələ ala bilsəniz, heç bir məyusluqla üzləşməyəcəksiniz. Özünüzü qürurlu aparın. Yeni əlaqələr karyeranızda böyük təkan yarada bilər. Xırdaçılığa meyl etməyin.

ƏQRƏB - "Özüm hər şeyi bilirəm" fikrinə aludə olmaqla ətrafda özünüzə qarşı ikrah oyada bilərsiniz. Bir qədər xoşrəftar olun. Təmasda olduğunuz şəxslərlə aranızda nəzakət tellərini artırın.

OXATAN - Planetiniz olan Yupiterin aktivlik nöqtəsinə çatması sizi bir neçə uğurlu hadisə ilə rastlaşdıracaq. Darıxdığınız adamlardan bir neçəsini görəcək, təzə xəbərlər eşidəcəksiniz.

OĞLAQ - Həddindən ziyadə uğurlu gündür. Göy qübbəsi qarşınıza bir neçə sürpriz çıxaracaq. Buna hazır olun. İştirakçısı olduğunuz bütün sövdələşmələr əhəmiyyətli olacaq. Axşam qonaqlıq gözlənilir.

SUTÖKƏN – Risk etmək olmaz. Əks təqdirdə bütün proseslər əleyhinizə işləyəcək. Xüsusən də pul və sənədləşdirmə məsələlərində ayıq-sayıqlığınızı artırın. Yalnız adi işlə məşğul olun.

BALIQLAR - Gecədən bəri Ayın bürcünüzdə olması fikirlərinizdə çaşqınlıq yarada bilər. Bunu anladığınız təqdirdə bütün ciddi işləri təxirə salmalısınız. Qida rejiminizə fikir verin. Uzaq yola çıxmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm