Azərbaycanlı müğənni Türkiyədə şok yaratdı - VİDEO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni Türkiyədə şok yaratdı - VİDEO

Azərbaycanı “Eurovision” musiqi yarışmasında ilk təmsil edən Elnur Hüseynovu yerli şou biznesdə, səhnədə, verilişlərdə görmək mümkün deyil.

Azərbaycanı “Eurovision” musiqi yarışmasında ilk təmsil edən Elnur Hüseynovu yerli şou biznesdə, səhnədə, verilişlərdə görmək mümkün deyil. Bu günlərdə müğənni olmasa “O səs Türkiyə” yarışmasına qatılmaq üçün Türkiyəyə yollanıb.

Elnurun ifası münsiflər heyətində əyləşən hər kəsin ağlını başından almağı bacarıb. Münsiflər heyətində əyləşən MFÖ qrupu “Bu səsin qarşısında baş əyilir” deyib. Gökhan Özoğuz isə “2 ildir bu yarışmadayam hələ belə səs eşitməmişəm” sözlərini əlavə edib. Ebru Gündeş isə “Heç bir fərq etməz. Sən nə istəyirsən? İndidən mənə hə de” söyləyib.

Qeyd edək ki, Elnur Hüseynovun iştirak etdiyi “O səs Türkiyə” yarışmasının yeni buraxılışı dekabrın 1-də Türkiyə saatı ilə 20:00-da, Bakı vaxtı ilə 18:00-də başlayacaq.

Tabloid.az musiqi yarışmasının video çarxını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm