Qışın yeni trendi: dizdən aşağı geyimlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Qışın yeni trendi: dizdən aşağı geyimlər - Fotolar

Qışın yeni trendi: dizdən aşağı geyimlər -

Qışın küçə stilinə nəzər saldıqda diqqətçəkən məqamlardan birinin dizdən aşağı ətəklər, jaketlər, plaşlar və paltolar olduğunu görə bilərik. Midi qələm ətəklər ilə dikdaban ayaqqabılar və qısa üstlər 2015-ci ilin ən sevilən stilinə çevrilib. Bundan başqa, dizdən aşağı jaket və plaşlar da ən diqqətçəkən kombinlərdir.

Tabloid.az sizə ilham verən və dizaltı trendinə ayaq uydurmanıza yardım edən mükəmməl stillər toplayıb.

Dizdən aşağı donlar, ətəklər çəkmələr və dikdaban ayaqqabılarla əla qalır. Xüsusən də işləyən qadınların ofis stili üçün çox əlverişlidir.

Bol sviterlər də dizdən aşağı modelləri ilə diqqət çəkir. Onlar gündəlik stilin ayrılmaz hissəsidir.

Pastel tonlarında, dizdən aşağı olan plaş və paltoları da qarderobunuza əlavə etməyi unutmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm