Ulduzların yeni çılğınlığı: Burun halqası - fotolar
Bizi izləyin

Tabloid.az

Ulduzların yeni çılğınlığı: Burun halqası - fotolar

Dünya şöhrətli ulduzlar burunlarına pirsinq taxaraq yeni bir dəb tendensiyası yaratdılar.

Dünya şöhrətli ulduzlar burunlarına pirsinq taxaraq yeni bir dəb tendensiyası yaratdılar. Xüsusilə 2014-cü ildə məşhur cazibədar xanımların çoxunun bu dəblə ayaqlaşdıqlarını gördük. Əslində burun halqasını sadəcə Rihanna, Ledi Qaqa kimi çılğın pop ulduzlarda görsəydik, yəqin ki, bu qədər təəccüblənməzdik. Maraqlısı odur ki, Hollivudun ən zərif qadınları arasında göstərilən Skarlett Yohanson, podiumların zərif modeli Kendis Sveynpoul və kino aləminin şahzadələrə bənzəyən ulduzu Cessika Bil belə burun halqası taxırsa, deməli bu işdə bir iş var.

Əgər daimi olaraq pirsinqdən istifadə etməyə qərar vermisinizsə, burnunuzdakı qığırdağı deşdirməli olacaqsınız və sağalması üçün 5 həftə gözləməlisiniz. Ancaq dəbli görünmək üçün əzab çəkməyi absurd hesab edirsinizsə, sizdə Rihanna kimi pirsinqə oxşayan aksesssuarlardan istifadə edə bilərsiniz.

Burun halqası dəbi ilə ayaqlaşan dünya ulduzlarından ilham ala bilməyiniz üçün onların ən gözəl fotolarını toplamışıq:

Zoi Kraviç

Cessika Bil

Zoi Kraviç

Rihanna

Ledi Qaqa

Skarlett Yohanson

Kendis Sveynpol

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm