Dünyanın cazibədar gözəlləri bir arada - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın cazibədar gözəlləri bir arada - Fotolar

Dünən seksual modellərin iştirakı ilə “Victoria's Secret”in möhtəşəm şousu keçirildi.

Dünən seksual modellərin iştirakı ilə “Victoria's Secret”in möhtəşəm şousu keçirildi. Adriana Lima, Alessandra Ambrosio, Kara Delevin, Karli Kloss, Dautzen Krez əsas mələkləri idi. Kolleksiyanın ən bahalı büstqalterini hər il bir model nümayiş etdirsə də, bu il iki model seçilmişdi. Adriana Lima göy, Alessandra Ambrosio isə qırmızı rəngli, bahalı daş-qaşla bəzədilmiş büstqalterləri ilə gözoxşadılar.

Qeyd edim ki, şouda 40-a yaxın model iştirak edib. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində dünyanın ən seksual, ən cazibədar qadınları hesab olunan, “Victoria's Secret”in pərəstiş edilən modellərinin gözəllik sirlərini bir-bir açıb tökəcəyəm.

Qadınların çoxu “Victoria's Secret”i real bədən ölçülərinə sahib olan deyil, arıq və ideal formada qalan gözəlləri podiuma çıxartmaqda ittiham edir. Çünki çoxları hamiləlikdən sonra əvvəlki formasına qayıda bilmir. Bədəndə müxtəlif çatlaq və izlər qalır. Bu modellər isə bütün stereotipləri qırırlar. Hamiləlikdən sonra nəinki izlər qalmır, hətta çəkiləri də tez bir zamanda əvvəlki vəziyyətinə qayıdır. Onların bu əzminə heyranlıqla baxmamaq mümkün deyil. Bəs modellər belə gözəl, seksual qalmaq üçün nə edirlər? Hansı üsullara əl atırlar? Həqiqətən də bütün günü ac qalırlar? Saçlarının və dəri gözəlliyinin sirri nədədir? Bu sualların hamısına aşağıda cavab tapa biləcəksiniz.

Alessandra Ambrosio

İdman: Mənim sirrim çox sadədir: yoqa, plates və kardio məşqlər. Əsas məsələ tənbəllik etməməkdir. Amma sörfinqi daha çox sevirəm: heç nə əzələləri və ombanı onun qədər möhkəmləndirmir.

Pəhriz: Mən çoxlu tərəvəz, yaşıl yarpaqlı bitkilər və balıq yeyirəm. Tort üçün ürəyim gedir. Lakin bu həzzi yaşamağı özümə ancaq həftədə bir dəfə icazə verə bilərəm. Pirojna və şokoladı yoqurtla əvəz edirəm.

Makiyaj və dəriyə qulluq: Adi günlərdə dərimə ancaq 30 dərəcəli qoruma faktorlu SPF tərkibli losyon çəkirəm. Onsuz Los-Anceles küçələrində gəzmək mümkün deyil. Sevimli qulluq vasitələrimi mən uzun illər dəyişmirəm: “The Body Shop Body Butter” bədən üçün nəmləndirici losyonu, “Victoria's Secret”in “Sheer Lova” və Clarins –dən “High Definition Body Lift” antisellulit kremlərini artıq 15 ildir ki, istifadə edirəm. Onların istifadəsini dayandırsam, nə baş verəcəyini təsəvvür edə bilmirəm.

Saçlara qulluq: Hindqozu yağı saçları əla bəsləyir və zədələnmiş ucları bərpa edir. Mən yalnız həcm effekti verən şampunlar və kondisionerləri alıram: saçım nazik olduğu üçün çox kömək edir.

Marina Linçuk

İdman: Artıq uzun illərdir ki, mən boks və yoqayla məşğul oluram. Mənzili elə tərtib etmişəm ki, burada hovuz və idman zalı var. Kiçik qardaşımla birlikdə orada idman edirik. Xokkeyçi olduğu üçün onun rəhbərliyi altında məşq edirəm. Kiçik qardaşım əzələ qruplarını hərəkətə gətirən məşqləri yaxşı bilir. Həftədə ən azı üç dəfə məşğul olmağa çalışıram. Əgər vaxt imkan verirsə, onda hər gün idman edirəm. İdman mənim üçün məcburi deyil, bir növ həzdir. İndi həm də boksla məşğulam. Ayaq masajları istisna olmaqla, pəhriz və masajları sevmirəm. Ağır məşqdən sonra bu əsl xilasedicidir. Gün ərzində 6 saatdan az yatmıram.

Pəhriz: Ağır pəhrizlərə riayət etmirəm. Lakin bu o demək deyil ki, əlimə nə keçdi yeyirəm. Desert və tezbazar (fastfood) hazırlanan qidaları rasionumdan çıxartmışam. Bir neçə ay vegeterian olmağa çalışdım, lakin təzyiqim kəskin şəkildə aşağı düşdüyünə görə imtina etməli oldum. İndi qırmızı ət yemirəm, lakin balıq və toyuqdan imtina etmirəm. Yulafla omlet səhərinən dadlı yeməyidir. Nahar və şam yeməyi üçün isə mütləq tərəvəz, əsas da pomidor və ispanaqla yeyirəm.

Makiyaj və dəriyə qulluq: Mən adi həyatda demək olar ki , bəzənmirəm. Çəkilişlərdəki kosmetika mənə bəs edir. Dəriyə qulluq vasitələrinə gəldikdə isə hamıya “Colbert M.D.” kosmetik məhsullarını tövsiyə edirəm.

Dautzen Krez

İdman: Uşaqlıqda konki sürmə idman növü ilə məşğul olmuşam. İndi isə bədəni formada saxlayan məşqlər edirəm. Məşqçim Maykl Olaxidlə birlikdə boksla məşğul olur, əzələləri hərəkətə gətirən məşqlər edirik. Məhz bu məşqlə sayəsində ayaqlarım və ombam formada qalır. Əgər idmana getməyə vaxtım yoxdursa, əyləncəli mahnı sədaları altında dəlicəsinə rəqs edirəm.

Pəhriz: Balıq və tərəvəz şorbaları mənim gündəlik qida rasionuma daxildir. Həftədə bir dəfədən çox olmamaq şərti ilə ət yeyirəm. Pəhrizlərə inanmıram, özümü acından öldürmürəm. Hətta hərdən özümə qızartma kartof yeməyə icazə verirəm. “Victoria's Secret”in şousuna iki həftə qalmış isə özümü bütün şirniyyat məhsullardan məhrum edirəm. Gecələr yatmazdan əvvəl bir stəkan su içib yatağa girirəm. Səhər yuxudan duran kimi duş qəbul edib 200 dəfə iplə tullanıram.

Saçlar: Seksual və sağlam gözəlliyə sahib olmağın özü üçün çox vacib olduğunu hər fürsətdə dilə gətirən model, saçlarını hindqozu yağı ilə qoruyur. Yatmazdan əvvəl hindqozu yağını saçlarının uclarına çəkir, səhər yuxudan qalxanda isə ilk işi onu yumaq olur.

Makiyaj və dəriyə qulluq: Sevimli kosmetika brendinə gəldikdə “L’Oreal Paris”-dən başqası ola bilməz. Gündəlik həyatda makiyajdan istifadə etməsə də, kirpiklərini burmadan evdən çıxmır. Dodaqlarını çəhrayı pomada ilə vurğulamağı xoşlayır. Əsas diqqəti dırnaqlara yönəldir. Krez dırnaq boyalarında maraqlı rəng çalarları sınaqdan keçirməyi sevir.

“L'Oreal”ın ilham pərisi...

“Şən və pozitiv olmaq mənim təbiətimdədir. Bəziləri məndən gözəl olsa da, ən çox həyat sevgisinə, sevincinə sahib olan mənəm. Bu, həyatda əlimizə çox çətin keçən şansdır. Çox az makiyaj edirəm, sadəcə tuşla da kifayətlənə bilərəm. Gözəl görünmək üçün 2 saat vaxtım olsa, yatmağı üstün tutaram, çünki yuxu da qadını gözəlləşdirir. Eynəyimi taxmadan evdən çıxmıram. Yapon makiyaj mütəxəssislərinin dəfilələrində makiyajdan əvvəl üzü masaj etməsinə heyranam. İşə şişkinliyi azaldan yumşaq hərəkətlərə başlayırlar. Səhərlər üzümü masaj etmək artıq vərdiş halını alıb.

“L'Oreal” saç məhsullarını satışa çıxarmazdan əvvəl mütləq istifadə etməyimi istəyir. “L'Oreal” Parisin saç baxım kremi qurumuş saçlara canlılıq qazandıran ideal məhsuldur, saçlarımı çox gözəl qidalandırır. “Calvin Klein”ın “Eternity” ətri vaz keçə bilmədiyim kosmetik məhsullar arasındadır. Yaradıcı insanlarla işləmək mənim üçün böyük bir zövqdür. Onların xəyal gücündən mən də ilham alıram”.

Tonni Qarn

İdman: İdmanla və plateslə hər gün məşğul oluram, tennis oynayıram. Şəxsi məşqçim yoxdur və heç vaxt da olmayıb. Qrup halında idman etmək daha çox motivasiya edir.

Makiyaj: Ənliyin həddini aşmamağa çalışıram, xüsusən də çəhrayı ənliklə diqqətli oluram. Asanlıqla utandığım və yanaqlarım çox tez qızardığı üçün süni qızartıya ehtiyac yoxdur.

Pəhriz: Yumurta və ət yemirəm. Çünki heç birini sevmirəm. Əvəzində dəniz məhsulları üçün ürəyim gedir. Bu qidalanma rejiminə keçəndən bəri özümü çox gümrah və şux hiss edirəm. Həm də belə daha yaxşı formada qalıram. Süd məhsulları faydalı olsa da, onlardan da imtina etmişəm. Bir neçə il əvvəl məndə laktoza çatışmazlığı aşkar olunub. Sevimli yağlı dondurmasız yaşayıram. Amma hər gün qara şokoladla özümə təsəlli tapıram.

Adriana Lima

İdman: Adriana Lima arıq qalmaq üçün əvvəllər saxlamadığı pəhriz qalmayıb. Hətta bir vaxtlar vegeterian olmuşdu. “Ancaq 3 gün ətsiz qala bildim. Nə edim, əti və şokoladı çox sevirəm...” İdmanla mütəmadi məşğul olur. Həm də çox maraqlı idman növü boksla məşğul olur. İdmanın ona formada qalmasına yardım etməsi ilə birlikdə əhval-ruhiyyənin də qalxmasına kömək edir. İplə tullanmaq da modelin sevimli məşğuliyyətlərindən biridir və bütün səfərlərində ipi də özü ilə aparır. Hətta hamilə olanda da bədən quruluşunu göstərmək fürsətini qaçırmır. “Təbiətin əleyhinə çıxmaq mümkün deyil... İkinci dəfə ana olduqdan sonra əvvəlki formaya qayıtmaq üçün əlimdən gələni edir, özümə çox əziyyət verirdim. Bədənimlə mübarizə aparır, idman zalından çıxmaq bilmirdim”.

Pəhriz: Pəhriz saxlamasa da, dəfiləyə bir neçə gün qalmış qidalanmasına xüsusi fikir verir. Qida rasionunda tərkibində bol antioksidant, zülal olan ərzaqlar üstünlük təşkil edir. Bu qidalar bədənindəki artıq yağların miqdarını sıfıra endirir. Karbohidrat tərkibli qidalardan isə uzaq durur. Gündə 3 dəfə nahar edir. Bəzən isə çeşidli tərəvəzləri südlə qarışdırıb içir. İdmandan əlavə rəqs dəlisidir. Axı o braziliyalıdır...

Makiyaj və dəriyə qulluq: Dərisinə xüsusi qulluq etmir, nəmləndirici kremlərlə kifayətlənir. 33 yaşlı model 2-ci dəfə ana olduqdan sonra yaşlandığını etiraf edir. Qırışlar çoxalsa, əməliyyat keçirəcəyi istisna olunmur. Gözəl dərisinin digər sirri sudur. “Hər gün 2 litr su için. Siqaretdən və spirtli içkilərdən uzaq durun. Hər gün bir yemək qaşığı bal yeyin. Belə ki, bal immunitet sistemini gücləndirir.”

Əslən braziliyalı olan model ilk baxışda dodaqları və mavi gözləri ilə diqqət çəkir. Makiyajını adətən qırmızı dodaq boyası ilə tamamlayır.

Parlaq saçlar: Çiynindən olan dalğalı saçları Limanı daha da cazibədar göstərir. Saçlarının həcmli görünməsi üçün qatlı kəsimlərə üstünlük verir. Dalğalı saçlarını çox sevir.

Kendis Svenypol

İdman: Qaçış, velosiped gəzintiləri, bastekbol və serfinqlə məşğul olur. Yoqa və plates də sevimli məşqləri siyahısına daxildir. İdmanla yalnız şounun başlamasına bir neçə həftə qalmış deyil, mütəmadi olaraq məşğul olur. Uşaqlıqda isə baletlə məşğul olmuşam.

Pəhriz: Sizin qidalanma proqramınız minerallar və vitaminlərlə zəngin olmalıdır. İdmana başlamazdan əvvəl nə yediyinizə fikir verməlisiniz. Əgər buna əməl etməsəniz, özünüzü həm mənəvi, həm də fiziki cəhətdən yaxşı hiss etməyəcəksiniz. Yağlı, duzlu və undan hazırlanan yeməklər əhvalımı korlayır. Buna görə də bu cür yeməklərdən qaçıram. Düzdür, şokoladla dondurma arasında qalıram.

Makiyaj və dəri gözəlliyi: Çəkilişləri çıxmaq şərti ilə nadir hallarda makiyaj edərəm. Nəmləndirici çəkmədən evdən çıxmıram. Dəri gözəlliyinin əsas sirri sudur. Hər gün 2 litr su içirəm.

Saçlar: Saçlarımın gözəlliyini bal maskaları ilə qoruyuram. Bal maskaları çox faydalıdır. Saç diblərini möhkəmləndirir və parıltı bəxş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm