İlhamə Quliyeva azərbaycanlı iş adamı ilə Moskvada – Fotolar
Bizi izləyin

Tabloid.az

İlhamə Quliyeva azərbaycanlı iş adamı ilə Moskvada – Fotolar

Layihənin əsas qəhrəmanları İlhamə Quliyeva və müğənni Nuri Sərinləndiricidir.

Azərbaycanlı iş adamı, "Excellent" şirkətinin rəhbəri Hacı Quliyev Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevaya, müğənni Nuri Sərinləndiriciyə və teleaparıcı və rejissor Lamiyyə Ələkbərqızına mənəvi dəstək olmaq üçün Moskvaya gedib.

Tabloid.az-a danışan iş adamı bildirib ki, adıçəkilən şəxslər onun ən yaxın dostlarıdır və onların yanında olmağı özünə borc bilib:

“Lamiyə Ələkbərqızının rəhbəri olduğu möhtəşəm “Sevgi nağılı” layihəsi ilə əlaqədar Moskvaya getmişdik. Artıq Bakıya qayıtmışıq.

Layihənin əsas qəhrəmanları İlhamə Quliyeva və müğənni Nuri Sərinləndiricidir. Onların ifa etdikləri “Sevgi nağılı” duetinə klip çəkilirdi. Klipə “Ostankino”da çalışan peşəkar komanda ekran həyatı verib. Çəkilişlər üçün çox gözəl pavilyon qurulmuşdu. Mən də dostlarımın belə bir möhtəşəm layihəsində mənəvi dəstəyimi əsirgəməmək üçün yanlarında olmaq istədim və onların təkidi ilə onlarla birgə Moskvaya getdim. Ümumiyyətlə, onların işlərindən və xüsusilə, İlhamə xanım ilə Nuri bəyin səsindən inanlmaz dərəcədə çox böyük zövq aldım.”

Məlumat üçün bildirək ki, İlhamə Quliyeva ilə Nuri Sərinləndiricinin duet oxuması ideyasının təşəbbüskarı məhz xalq artistin özüdür. Sözləri və musiqisi Faiq Erola məxsus olan "Sevgi nağılı" mahnısına Moskvada klip çəkilib.

Layihənin təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq. Həmin tədbirdə media nümayəndələri ilə yanaşı, sənət dünyasının seçilən ulduzları da iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm